SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Azərişıq” ASC-nin Cəlilabad şöbəsində özbaşınalıq: Vətəndaş prezidentən kömək istədi QARANLIĞA qaldı- ŞİKAYƏT

“Azərişıq” ASC-nin Cəlilabad şöbəsində özbaşınalıq: Vətəndaş prezidentən kömək istədi QARANLIĞA qaldı- ŞİKAYƏT

Tarix:

2-03-2017, 01:03

/ 2 311 dəfə oxundu.
“Azərişıq” ASC-nin Cəlilabad şöbəsində özbaşınalıq: Vətəndaş prezidentən kömək istədi QARANLIĞA qaldı- ŞİKAYƏT

Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə Aydın Məmmədov müdir təyin olunanduqdan sonra, rayonun elektrik təminatı sahəsində özbaşınalıq baş alıb gedir.

Belə bir iddia ilə müraciət daxil olub. Daxil olan məəlumatda bildirilir ki, bu yaxınlarda Aydın Məmmədov yeni təyin etdiyi adamları ilə vətəndaşların həyətinə qanunsuz soxularaq, onların işıqlarını kəsir. Vətəndaşlar əksər hallarda borcu olmasa da, 30-40 manat, hətta 5 manat borcu olsa belə, işıqları kəsilir və əhali arasındı qorxu atmosferi yaradılır. Aydın Məmmədov yuxarı dövlət orqanlarında elə bir fikir formalaşdırır ki, guya o dövlətin büdcəsinə pullar köçürür və özünü bu yolda “fəda etməyi” də bacarır. Amma, əsl reallıq tamam başqa bir ab-havadan xəbər verir. Aydln Məmmədov nəinki abonentləri, hətta rayonun dövlət orqanlarını da qorxutmaqla məşğuldur ki, heç kəs onun yeyintilərinə müdaxilə etməsin. Məhz bunun nəticəsidir ki, rayonun mərkəzi küçəsi Heydər Əliyev prospekti aylardı ki, gecələr işıqsızdır.

Rayon və kənd sakinlərini narahat edən bir çox məsələr var ki, onlar əlacsız qalıb prezidentən kömək istəyirlər. Günlərdir qaranlığa qalan, evində körpə uşaq,eləcədə məktəbli böyüdən haqsız yerə haqsızlıqlarla üzləşən Telman Qarayev bizim vasitəmizlə prezidentən kömək istəyir.

Onun dediyinə görə çətinliklə çörək pulu qazanıb övladlarını böyütsədə harınlamış rayon məmurları həmin çörəyi rahat yeməyə qoymrlar deyir.
Şikayətçi Telman Qarayev redaksiyaya müraciətində bütün media nümayəndələrindən də xahiş edir ki, baş verən problemlərin işıqlandırılmasında ona dəstək olsunlar.O bildirib: “Bu gün rayonda qeyri-leqal borclara görə bir çox rayon sakinlərinin işığını kəsib tökürlər mən də daxil. Amma əsl borcu olanların aktları gizlədilir. Həqiqət ondan ibarətdir ki, Əlyabad, Qarayar, Günəşli, Petrovka, Maşlıq kəndlərinin, Göytəpə qəsəbəsinin və rayonun Məhəmməd Hadi küçəsinin bəzi abonentlərinin real borcları gizlədilir. Xahiş edirəm ki, dövlət orqanları bu kəndlərin əhalisinin işığa olan borclarını və yığım arasındakı fərqi yoxlasınlar, onda hansı oyunların oynanıldığı ortaya çıxacaq. Qanunla ödəniş poçtla köçürməli, amma sadaladığımız və digər kəndlərdə əhalinin pulunu aparıb poçta ödəməyə imkan vermirlər. Rayonun kəndlərində abonentlər işığa olan borclarını birbaşa nəzarətçilərə verirlər. Məsələn Şiləvəngə, Abşabad, Şabanlı, Qasım bəyli, Təklə və.s. Bu kənlərin siyahısın uzatmaq da olar. Adıçəkilən kəndlərdə nəzarətçilər isə qəbzlərlə hansı oyun olsa çıxarırlar və büdcəyə keçəcək pullar mənimsənilir. Bir müddət keçəndən sonar isə borc yağızı ilə evlərə soxulan nəzarətçilər bizləri qaranlığa qərq edib gedirlər.

Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov, yerli sakinlərlə ağa kimi davranır. Təhqir edir və aşağalayır. Çünki mənim də başıma bu oyunu açıb. Mən onun qəbulunda oldum işıq boru ilə bağlı xahiş etdim. O məni təhqir edərək otağından çıxartı. Mən onun bu hərəkəti ilə bağlı prezidentə yazacağımı bildirdim. O isə dedi get kimə deyirsən de “indi prezidentin gələr işiğını qoşar”

İşıq Aydın kimi tanınan Aydın Məmmədovdan şikayətlər bununla bitmir. Rayonda və kəndlərdə yaşayan digər şikayətçi camaatın müraciətində daha sonar yazırlar ki, rayonun Albalan kənd sakini Ağayev Adış Quzuçu oğlunun evinə soxularaq, onun istifadə etdiyi elektrik enerjisini kəsmək istərkən vətəndaşın ürəyi partlayıb ölmüşdür. Aydın Məmmədovun qəfildən gecə saatlarında vətəndaşın evinə hücum etməsi, yaratdığı hay-küy, ev sakinlərinə fiziki və psixoloji təzyiq 50 yaşında olan Aydın adlı vətəndaş əsəb gərginliyindən ürəyi partlayaraq dünyasını dəyişmişdir. Baş verən hadisələrlə bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılsa da, nədənsə iş müəmmalı səbəblər ucbatından ört-basdır edilmişdir. Rayon sakinləri adından xahiş edirəm ki, Aydın Məmmədovun günahı ucbatından dünyasını dəyişmiş bu şəxs barəsində başlanmış cinayət işi yenidən qaldırılsın və haqq-ədalət öz yerini tapsın…

Nəzarətçilərin “QƏBZ ƏMƏLİYYATI”

Daha sonara şikayətçilər bəzi kəndlərdə abonentlərinin ödədiyi əllərində olan çeklərlə Cəlilabad EPŞ bazasında olan göstəricilərinin tutuşmadığını deyir. Onlar bildirirlər ki, əhalinin işığa görə ödədiyi pulların çox hissəsi büdcəyə daxil olmur, möhtəkirlərin ciblərinə axır. Qəbzlər adətən 3 nüsxədən ibarət olur. Abonent borcunu verərkən qəbzlərin arasına qara kraskalı kopirovka kağızı qoyurlar ki, üstə yazılan yazı altdakı nüsxələrə də düşsün. Lakin nəzarətçilər abonentdən pulu alarkən üstdəki məbləği düzgün yazıb vətəndaşın özünə qaytardıqları halda, altdakı nüsxələrin solğunluğundan istifadə edərək xırda məbləğ yazıb idarəyə təhvil verirlər. Məsələn, vətəndaş işığa olan borcuna 30 və ya 50 manat ödəyib çekini nəzarətçidən alır. Nəzarətçi isə o bir nüsxələrdə düzəlişlər apararaq sıfırları silir, müvafiq olaraq həmin rəqəmləri 3 və ya 5 yazaraq, aparıb o biri nüsxədə idarəyə təhvil verirlər. Beləliklə, vətəndaşın ödədiyi məbləğin çox hissəsi dövlətə deyil, kimlərinsə ciblərinə axır. Aydın Məmmədov Cəlilabad EPŞ-nə müdir təyin olunduqdan sonra, belə üsulla mənimsəmələr geniş vüsət alıb. Əhalidən rüşvət toplayaraq köhnədən qalan borcları yoxa çıxardılar. Abonentlərdən 300 manatdan pul toplayaraq köhnə borcları sildilər. Hal-hazırda Astanabad sakinlərinin evlərinə yeni sayğaclar qoyulmuşdur və Aydın Məmmədov bu işlərdən də külli miqdarda qazanc əldə edildiyi rayonda dillər əzbəridir. Köhnə sayğacların isə hara yox olduğu bilinmir. Hüquq mühafizə orqanlarından xahiş edirəm ki bu məsələyə də aydınlıq gətirsinlər. Xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin mühasibat kağızları və eləcə də əhalinin dövriyyəsi tam yoxlanılsın, elektrik sistemində olan kütləvi yeyintilərə son qoyulsun.

Cəlilabad rayonu Qasımbəyli kəndində yaşayan Telman Qarayev öz müraciətində işığı kəsilərək günlərdir körpə nəvələri ilə qaranlığa qalmasına səbəbkar Aydın Məmmədovun özbaşınalıqlarına son qoyulması üçün Prezident İlham Əliyevdən və Birinci Vitse-Prezident Mehriban Əliyevadan da kömək istəyir…
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Azerinews.tv

Şərhlər

XƏBƏR LENTİ