Qusara kimi başçı gətirirlər? - 2 müavin başçı olmaq istəyir...
- 3-08-2018, 10:44
- 2 782
Xatırladırıq ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.
Məlumat verən mənbə bildirir ki, Şair Alxasovun yerinə kimin təyin ediləcəyi dəqiq bilinmir. Mənbənin söylədikləri: "Amma dəyişiklik olacaq. Hazırda RİH-də çalışan 2 müavin də başçı olmaq istəyir və rəqabətdədirlər. Amma təbii ki, son qərar prezidentin iradəsindən asılıdır və kimin gətiriləcəyini görəcəyik".
Dia.az