SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qusara kimi başçı gətirirlər? - 2 müavin başçı olmaq istəyir...

Qusara kimi başçı gətirirlər? - 2 müavin başçı olmaq istəyir...

Tarix:

3-08-2018, 10:44

/ 2 772 dəfə oxundu.
Qusara kimi başçı gətirirlər? - 2 müavin başçı olmaq istəyir...

Son günlər barəsində şikayət dolu müraciətlər artan Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov da vəzifəsində son günlərini yola verir. Bu barədə rayondakı qaynaqlardan informasiya verilib. Xəbəri verən mənbəyə görə, yaxın günlərdəı Qusarda yeni icra başçısı təyinatı gözlənilir
Xatırladırıq ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.
Məlumat verən mənbə bildirir ki, Şair Alxasovun yerinə kimin təyin ediləcəyi dəqiq bilinmir. Mənbənin söylədikləri: "Amma dəyişiklik olacaq. Hazırda RİH-də çalışan 2 müavin də başçı olmaq istəyir və rəqabətdədirlər. Amma təbii ki, son qərar prezidentin iradəsindən asılıdır və kimin gətiriləcəyini görəcəyik".
Dia.az

Şərhlər

XƏBƏR LENTİ