SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Hacıqabul DYP-nin bəzi əməkdaşları "torpaqbasdı" yığır..?

Hacıqabul DYP-nin bəzi əməkdaşları "torpaqbasdı" yığır..?

Tarix:

1-08-2018, 11:56

/ 2 445 dəfə oxundu.
Hacıqabul DYP-nin bəzi əməkdaşları "torpaqbasdı" yığır..?

Şirvan şəhər sakinlərindən olan bir qurup Qarabağ Qaziləri tərəfindən redaksiyamıza daxil olan müraciətdə bildirilir ki , Şirvandan Hacıqabul istiqamətində hərəkət etmək mümkün deyil.

Qazilər bildirir ki uqrunda qanımızı tökdüyümüz, sağlamlıqımızı verdiyimiz torpaqlarımızda hərəkət etməyə Hacıqabul DYP əməkdaşları imkan vermir. "Quş keçsə qanad salar" "Qatır keçsə dırnaq" məsəlində olduqu kimi, Hacıqabul ərazisindən keçənlər nəzir qutusunu xatırladan Hacıqabul DYP əməkdaşlarının nəzərini vermədən keçə bilmir. Bir müddət əvvəl 99-YP-628 nömrə dövlət qeydiyyat nişanlı Hacıqabul DYP-nə məxsus avtopatrulda xidmət aparan polis serjantı Ziya Hüseynov DİN nin etik davranış qaydalarını pozaraq hədsiz kobudluq nümayiş etdirməklə özünü təqdim etmədən, etdiyim qayda pozuntusunun izah etmədən məni saxlayaraq sanki "QOÇU" təəssüratı yaradaraq "gör nə verirsən abeddi" deyərək geydiyi uniformaya hörmətsizlik edərək məndən pul tələb etdi. Şikayətçi olduğunu bildirən Qarabağ Qazisi Bayram Quliyev bu halın mediada ictimailəşdirməyi bizdən xahiş etdi. Dəfələrlə Hacıqabul DYP-nin rəisi Emil Musayevlə əlaqə yaratmaq istəsək də həmişə olduğu kimi rəis telefonlarına cavab vermədi. Qarabağ Qazisi B.Quliyev və digərləri iddia edir ki, Hacıqabul DYP-nin rəisinə əməkdaşları polis zabiti Ramin Rəcəbov, İntiqam Quliyev və Ziya Hüseynov barədə dəfələrlə şifahi olaraq şikayət etsələr də şikayətlərinin heç bir nəticəsi olmamışdır. DİN-nin Hacıqabul DYP-sinə xidmət üçün verilmiş 99-YP-628 dövlət qeydiyyat nömrə nişanlı avtopatrulunu öz şəxsi avtomobili kimi istismar edən Emin Musayev həmin avtomobillə Hacıqabul ərazisini tərk edərək dəfələrlə Şirvan şəhərində öz şəxsi problemlərinin həllində istifadə etməsi ilə öz işçilərinə qeyri-qanuni hərəkətləri təqlid etməkdədir. Təbii ki, qanunlara hörmətsizlik nümayiş etdirən rəisin əməkdaşları da Ramin, Ziya və İntiqam kimi olar.
Sonda Şirvan şəhər Qarabağ qazilərindən bir qrupu xüsusəndə Bayram Quliyev Hacıqabul DYP-nin əlindən intihar həddinə catdıqlarını bildirirlər. Mövzuya yenidən qayıdacağıq.

Hacıqabul DYP nin rəisi Emin Musayevin - - 93-97 mobil nömrəsi bizim zənglərimizə açılsa qarşı tərəfində mövqeyini sizlərə təqdim
edəcəyik.

P.S. Bir müddət əvvəldə mediada məhz 99-YP-629 dövlət qeydiyyat nişanlı avtopatrul xidmətinin əməkdaşları barəsində şok detallar açıqlanmışdı. Onların restoranlarda iş zamanı istirahətlərindən tutmuş sürücülərə qənim kəsilmələri ilə bağlı uzun müddət silsilə olaraq məqalələr dərc edildi.
Amma nədənsə həmin alaya rəhbərlik edən şəxsin bununla bağlı mövqeyini öyrənmək mümkün olmamışdı. Növbəti adım isə elə eyni alayın digər avtopatrulunda yaşanmağa başlayıb. Yenədə susqunluq və sükunət davam edir.

BakuNews.az
Hacıqabul DYP-nin bəzi əməkdaşları "torpaqbasdı" yığır..?
Hacıqabul DYP-nin bəzi əməkdaşları "torpaqbasdı" yığır..?
Hacıqabul DYP-nin bəzi əməkdaşları "torpaqbasdı" yığır..?

Şərhlər

XƏBƏR LENTİ