SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » HÜNƏR YOLU

HÜNƏR YOLU

Tarix:

28-07-2018, 10:20

/ 1 690 dəfə oxundu.
HÜNƏR YOLU

Qusar Rayon Polis Şöbəsinin binasının foyesində şəhid əməkdaşlarımızın xatirəsinə güşə yaradılıb. Onlar arasında Vətənin bütövlüyünün qorunması yolunda canını belə əsirgəməyən igid polislərimizdən biri olan Sərdar Səfərov da var.
Sərdar Mədət oğlu Səfərov 1960-cı ildə Kəlbəcər rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarında xidmət edib. Ordudan tərxis olunduqdan sonra bir müddət Bakıda Maşınqayırma zavodunda işləyib. Daha sonra daxili işlər orqanlarında xidmət etmək üçün Tula şəhərinə yollanıb. Üç il bu şəhərdə milis nəfəri kimi çalışdıqdan sonra nümunəvi xidməti nəzərə alınaraq rəhbərlik tərəfindən SSRİ Daxili İşlər Nazirliyinin Kaunas Ali Milis Məktəbinə göndərilib. Sərdar zabit kimi bir müddət Tulada xidmətini davam etdirib.
Qarabağ müharibəsi başlayanda o, vətənə qayıdıb. Qusar Rayon Daxili İşlər Şöbəsində xidmətini davam etdirən Sərdar, müharibə başlayanda könüllü olaraq Qarabağa, döyüşlərə yollanıb. Torpağ uğrunda gedən döyüşlərdə mərdliklə vuruşan mərd vətən oğlu 1991-ci ilin sentyabr ayında Xankəndi yaxınlığında erməni silahlıları tərəfindən azərbaycanlılara məxsus sərnişin avtobusuna hücum etmələri barədə xəbər eşidib. Sərdar və bir neçə azərbaycanlı özlərini köməyə yetirirlər. Hücumun qarşısını alan polislərimiz hadisə yerindən uzaqlaşarkən əlavə qüvvələrlə geri dönən ermənilər tərəfindən hücuma məruz qalırlar. Qeyri-bərabər döyüşdə Sərdar öz yoldaşlarını xilas etsə də, qəhrəmancasına həlak olub.
Azərbaycan Resublikasının Milli Qəhrəmanı Sərdar Mədət oğlu Səfərovun xatirəsi daim əziz tutulur. Qusar rayonunda şəhid polisimizin adı verilmiş küçədə onun büstü qoyulub. Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun büstü xidmət yoldaşları tərəfindən ziyarət edilir, önünə əklil və gül dəstələri düzülür.


Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı

Şərhlər

XƏBƏR LENTİ