SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan RİH başçısını kəllə ilə vuran sabiq RTŞ müdiri "kəllə Tofiqində" "kedicikləri" var

Beyləqan RİH başçısını kəllə ilə vuran sabiq RTŞ müdiri "kəllə Tofiqində" "kedicikləri" var

Tarix:

18-07-2018, 12:45

/ 833 dəfə oxundu.
Beyləqan RİH başçısını kəllə ilə vuran sabiq RTŞ müdiri "kəllə Tofiqində" "kedicikləri" var

Əyalətdə, sıradan bir şöbə müdirinin, ölkə Prezidentinin Sərəncamı ilə rayona rəhbərlik edən şəxsi, konkret olaraq Prezidentin rəsmi təmsilçisini, rayon icra hakimiyyəti başçısını kəllə ilə vurması əslində tarixin ironiyasıdır. Bu Cəfər Cabbarlının "Sevil" pyesində "gör nə günlərə qaldın sən Balaş"ın bütün anlamlarda özüdür. Oxucuların diqqətinə çatdıraq ki, hadisələrə uzaqdan və bədii notlarla yanaşmağımız təsadüfi deyil. Bir müddət əvvəl ölkə mətbuatı Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevi, rayon təhsil şöbəsinn sabiq müdiri Tofiq Sadıqovun, elə icra hakimiyyətinin inzabiti binasında kəllə ilə vurması haqda məlumatlar dərc olundu. Xatırladaq ki, indi Tofiq Sadıqovun adının qarşısına "sabiq" ifadəsi yazılsa da, Vaqif Abdullayev hələ də təravətini itirməyib. Yəni hələ də Beyləqanda icra hakimiyyətinin başçısıdır. Kəllə ilə vurulsada. Lakin...

Lakini odur ki, bu Koroğlu misallı Tofiq Sadıqovda hələ də, Bakı qədeşləri demişkən Beyləqaqnda "ləpələndirməkdədir". Yəni media dili ilə desək gündəmdədir. Beyləqandakı mənbədən daxil olan məlumatda bildirilir ki, rayon təhsilini sözün əsl mənasında viranə qoyan, dövlət vəsaitini zəbun edən bu şəxsin əməlləri sanki qanunun tələbi imiş. Yəni qanuni imiş. Əks halda kəllə Tofiqə yeni, həm də cek potlu mükafat verilməzdi. Belə ki, işlədiyi müddətdə dövlət vəzifəsindən el dili ilə desək "dütt" deyincə sərvət əldə edən kəllə Tofiq Beyləqanda ciddi biznes qurub. Sahib olduğu restoranın qarşısından ailəvi olduğunu işarə edəcək lövhə asılsa da, əksinə bu iaşə müəssisəsinin sakinləri gecə quşlarıdır. Ağlınıza yarasaları qətiyyən gətirməyin. Axı kəllə Tofiqin yarasa və ya bayquşla nə işi var? Çalışın... Yox, çalışmayın çünki...
T.Sadıqovun fəaliyyəti bununla da yekunlaşmır. Adam daşdan da qazanır, quşdan da, hələ üstəlik putyovkadan da. Türklər kəllə Tofiqin restoran fəaliyyətinə maraqlı isimdə tapıblar. Amma biz təkrara varmırıq. Bilən bildi. Onu da qeyd edək ki, bir müddət əvvəl Beyləqan polisi kəllə Tofiqin restoranına baxış keçirərkən Adnan Oktarın villası kimi restorandan çoxlu "kediciklər" çıxmışdı. Düzdür kəllə Tofiq polislərə öz "kediciklərinin" "zəhmətlə" pul qazandıqlarını desə də, amma və lakin...
Amma və lakin Azərbaycanın Adnan Oktarı olan Tofiq Sadıqovun "kediciklərinin" çəkdikləri "zəhməti" tam anlamı ilə geniş oxucu auditoriyasına açmağın nə mənası var? Əsas odur ki, adam pul qazanır. Həm də...
Bax elə yazının bu yerində yadıma bir sual düşdü. Görəsən kəllə Tofiq "Məhəllə" filmindəki "Qüdrət" obrazını yaratsaydı və uşaqları ilə səhər yeməyi yeyən zaman o da "ə yeyin dana, dədəniz sizdən yana işləyir" - desəydi və qonşusu da sabiq RPŞ müdirinin "fəaliyyətindən" xəbərdar olduğu halda onun bu sözlərini eşitsəydi, görəsən ürəyində nə deyərdi? Maraqlıdır hə...

Mövzuya qayıdacağıq

Yazıda adı çəkilən şəxslərin və müəssisələrində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ