SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağstafadakı uşaq bağçalarında “bezpredel” ab-hava hökm sürür?

Ağstafadakı uşaq bağçalarında “bezpredel” ab-hava hökm sürür?

Tarix:

18-07-2018, 09:17

/ 1 766 dəfə oxundu.
Ağstafadakı uşaq bağçalarında “bezpredel” ab-hava hökm sürür?

Ağstafa rayonunun bir çox körpələr evi və uşaq bağçalarında yaşanan dözülməz vəziyyətin varlığı, bu gün hər kəsi sanki həyacan təbili çalmağa sövq edir. Belə ki, bu günlərdə redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, rayonun Dağkəsəmən kəndindəki 1 və 2 saylı uşaq bağçalarında vəziyyət daha acınacaqlı həddədir. Belə ki, əldə etdiyimiz ilginc məlumatlarda qeyd olunur ki, bu bağçada müdirə vəzifəsini daşıyan Lalə xanım ongünlərlə, bəzən də aylarla işə gəlmədiyindən, bağçada vəziyyət “bezpredel” durumdadır. Adı çəkilən kənd sakinlərdən bəzilərinin iddialarına görə, bağçada azyaşlı körpələrə uşaq oyuncaqları verilməli olduğu halda verilmir, ərzaq məhsulları olduqca az verilir, ən əsası uşaqların sağlamlıqlarının göstəricilərinə lazımınca diqqət yetirilmir. Hətta iddialarda o da bildirilir ki, körpələrə təzə ət əvəzinə, ünvanı kimlərəsə bəlli olmayan yerlərdən alınmış və dondurulmuş vəziyyətdə olan ət verilir ki, bu da onların həyatı üçün təhlükə yaradır.

Ağstafa RİH-dən daxil olan məlumatda isə bildirilir ki, hələ bir müddət bundan əvvəl bağçalardakı acınacaqlı durumla bağlı məlumatlı olan icra başçısı cənab Məhərrəm Quliyev qəti hərəkətə keçir və bu sahəyə cavabdehlik daşıyanlarla bağlı lazımi addımlar atacağını da bildirir. Rayon rəhbərliyinin belə bir mövqe ortaya qoymasına baxmayaraq, 2 saylı bağçanın müdirəsi Lalə xanım orda-burda danışır ki, “mənim işə gəlməməyimə icra başçısı icazə verib, odur ki, kim mənə nə edə bilər deyir?”. Adının çəkilməsini istəməyən bəzi sakinlərin söylədiklərinə görə, Lalə xanımın işə gəlməməsinə əsas səbəb, adı çəkilən bu xanımın həyat yoldaşının gömrük strukturunda yüksək çinli vəzifə sahibi olmasıdır.

Ağstafa rayonunun bu bağçalarında yaşanan acınacaqlı durumun varlığı onu söyləməyə əsas verir ki, bu sahəyə rəhbərlik edən şəxslərə “Uşaqlar gələcəyimizdir” sözlərinin mahiyyəti və əhəmiyyəti olduqca yaddır. Əgər bu belə deyilsə, o halda həmin şəxslər üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirib, hər körpənin qayğısına qalmaq yöndə düşünərdilər. Deməli, ...

Mövzu diqqətimizdədir.

azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ