SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ “GÖZ YUMDU”, BƏS VİLYAM HACIYEV...

79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ “GÖZ YUMDU”, BƏS VİLYAM HACIYEV...

Tarix:

1-03-2017, 10:36

/ 1 029 dəfə oxundu.
79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ “GÖZ YUMDU”, BƏS VİLYAM HACIYEV...

Görünür İmişlidə insanlara düşünməyi belə qadağan ediblər. Yəni - Ecли Я говорю...

Azərbaycan Respublikası Seçkİ Məcəlləsinin 3-cü maddəsində (Ümumi seçki hüququ) deyilir:

- İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.
Əsıində Məcəllənin bu maddəsi özündə ölkədəki milli birliyi, bərabərliyi ehtiva edir. Həmin Məcəllənin 53.3.-cü maddəsində isə qeyd edilir ki:
- Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin ... ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi ... göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı ... öhdəliklərinin olub-olmaması da göstərilməlidir.
Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində (Seçki hüququ) isə açıq şəkildə qeyd edilir ki:
- Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər bələdiyyə üzvü seçilə bilməzlər.
Azərbaycan Respublikası Seçki Məcəlləsində və Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikası Qanununda öz təsdiqini tapmış maddələrə istinad etməyimiz təsadüfi deyil. İmişlidəki mənbədən daxil olan sənədlərdə “barəsində başqa yerə getməmək haqqında iltizam” qəti imkan tədbiri seçilmiş, İmişli rayon Məhkəməsinin 10 sentyabr 2012-ci il tarixli 2(036)858/2012 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə, 09 iyul 2013-cü il tarixli 3(036)335/2013 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunması üçün haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmiş, nəhayətdə Azərbaycan Respublikası CPM-nin 345, 347, 349, 351, 353, 383, 385-ci maddələri rəhbər tutularaq, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutlan cinayəti törətməkdə təqsirli bilinərək, 480 saat ictimai işlər cəzasına məhkum edilmiş Məmmədov İxtiyar Əmrah oğlu bu gündə İmişli şəhər bələdiyyəsinin üzvidir.
Biz dəfələrlə qeyd etmişik ki, bəzi əyalətlərdə ölkənin taleyiyüklü məsələləri bəzən hisslərlə, daha çox isə şəxsi münasibətlər konteksində “həyata keçirilir”. Əslində ölkələr yalnız prezidentlər tərəfindən idarə edilmir. Bu demokratiyanın tələbidir. Dövlət başçısının ölkə insanı ilə mütəmadi təmas halında olması üçün regionlara təyin etdiyi icra başçıları sərəncamdan dərhal sonra özləri üçün “kiçik padşah” ststusu “müəyyən” edirlər. Həyatın əbədi olmadığını dərk etsələrdə, vəzifəyə əbədi sahiblənmə eşqində olanlar əsasən izi görünən səhvlərə də imza atırlar. Elə yuxarıda qeyd edilən məsələ də bu qəbildəndir. Kosmosda deyil, məhz İmişli rayon Məhkəməsinin qərarı ilə üst-üstə bir neçə dəfə haqqında qərar və hökm çıxan şəxsin elə həmin rayonda – İmişlidə seçkili orqana “seçilərək” təmsil olunması özlüyündə izi aydın şəkildə görünən qanun pozuntusudur. Onu da qeyd edək ki, İmişli şəhər bələdiyyəsinin üzvü Məmmədov İxtiyar Əmrah oğlu haqqında çıxarılmış serial qərar və hökmlərin nədəni, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.07.2011-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.1-ci və 178.3.2 310-cu maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu Məmmədli Elmir İxtiyar oğlu tərəfindən Gülalıyeva Zümrüd Cəfər qızına və Gülalıyev Fuad Faiq oğluna ödənilməli olan 240.000 manat pulun qaytarılması öhdəliyini öz üzərinə götürməsidir.
Redaksiyaya daxil olan sənədlərdən görünür ki, İmişli şəhər bələdiyyəsinin üzvi məhkəmə qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədən, xalq qarşısında öhdəlik götürüb. Əslində bu bir paradoksdur. Paradokslar normalda insanları düşünməyə məcbur edən amillərdir. Görünür İmişlidə insanlara düşünməyi belə qadağan ediblər. Yəni -Ecли Я говорю... Hadisələr onu göstərir ki, yerli icra hakimiyyəti başçılarının yersiz təkəbbürü, mənəmlik iddialarının sonucu xeyirə yozulan əlamətlər siyahısında deyil. Kimsəni inandırmaq olmaz ki, İstər parlament seçkilərində, istərsədə bələdiyyə seçkilərində namizədlərin siyahısı İmişlidə hər gün cənab Hacıyevə təqdim edilmir.

Biz redaksiya olaraq bu prosesin 2015-ci ilin parlament seçkilərində bilavasitə şahidi olduq. Deməli türklər demiş cənab Vilyam Hacıyevin bir “sabıkalı”nın İmişli camaatının başına kahya və ya bələdiyyə üzvü seçilməsindən xəbərinin olmaması absurddur. Bəs görəsən serial qərar və hökmlər “kralı” İxtiyar Əmrah oğlu Məmmədovu İmişli icra başçısının namizədinə çevirən onun hansı əməlinə görə çıxarılmış məhkəmə hökmüdür? Bəlkə əvəzi ödənilmədən 480 saatlıq ictimai işlərdə çalışması?

Cənab prezident müşavirələrin birində demişdi: “Məmur xalqın xidmətçisidir, özü və ailə üzvləri nümunə olmalıdır.” İmişlidə məmurun məhkəmə qərarı ilə 480 saatlıq “xidmətini”, özünün və ailə üzvünün isə “nümunəvi”liyini sənədlərlə qeyd etdik. Qaldı bütün bunları bilib göz yumanların və ya bilməyib... Sonuncuya isə özümüz də inanmadıq.

Conflict

79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ “GÖZ YUMDU”, BƏS VİLYAM HACIYEV...
79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ “GÖZ YUMDU”, BƏS VİLYAM HACIYEV...
79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ “GÖZ YUMDU”, BƏS VİLYAM HACIYEV...
79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ “GÖZ YUMDU”, BƏS VİLYAM HACIYEV...
79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ “GÖZ YUMDU”, BƏS VİLYAM HACIYEV...

Şərhlər

XƏBƏR LENTİ