"Xalqın polisə inamı sarsılmazdır..."
- 4-07-2018, 12:21
- 1 690
xalqxeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyan N.Məhərrəmov, tədbirdə iştirak edən hər kəsə polisimizin uğurlarını günü-gündən artacağını, Xaçmaz Rayon Polis Şöbəsinin kollektivinin də ictimai təhlukəsizliyin qorunmasında öz bacarıqlarını əsirgəməyəcəyini deyib.
Sonra çıxış edən Xacmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev, 100 yaşını qeyd edən daxili işlər orqanlarının əməkdaşlarını yubiley tədbiri münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirdə iştirak edən 32 polis veteranlarına və mülki qadın işçilərə müxtəlif hədiyyələr təqdim olunub.