SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Xalqın polisə inamı sarsılmazdır..."

"Xalqın polisə inamı sarsılmazdır..."

Tarix:

4-07-2018, 12:21

/ 1 675 dəfə oxundu.
"Xalqın polisə inamı sarsılmazdır..."

Bu fikir Xaçmaz Rayon mədəniyyət evində keçirilən Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş tədbirdə səslənib. Rayon Polis Şöbəsinin kollektivinin, Rayon İcra Hakimiyyətinin başçısının, rayon prokurorluğunun, veteranlar şürasının nümayəndələrinin və rayon ziyalılarının iştirak etdiyi tədbirdə çıxış edən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov Azərbaycan polisinin 100 yaşı münasibəti ilə hər bir polis əməkdaşını təbrik edib, müstəqil dövlətimizin yarandığı ilk gündən xalqına şərəflə, qürurla xidmət edən qanun keşikçilərinin daim öz andına sadiq olduğunu bildirib.

xalqxeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyan N.Məhərrəmov, tədbirdə iştirak edən hər kəsə polisimizin uğurlarını günü-gündən artacağını, Xaçmaz Rayon Polis Şöbəsinin kollektivinin də ictimai təhlukəsizliyin qorunmasında öz bacarıqlarını əsirgəməyəcəyini deyib.

Sonra çıxış edən Xacmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev, 100 yaşını qeyd edən daxili işlər orqanlarının əməkdaşlarını yubiley tədbiri münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzu edib.

Tədbirdə iştirak edən 32 polis veteranlarına və mülki qadın işçilərə müxtəlif hədiyyələr təqdim olunub.
"Xalqın polisə inamı sarsılmazdır..."
"Xalqın polisə inamı sarsılmazdır..."

Şərhlər

XƏBƏR LENTİ