Lənkərana “gün verib, işıq vermirlər” – Etiraz
Lənkəranda bir aydan çoxdur işığı fasilələrlə verirlər. Abonentlər AzEuroNews.com-a yazırlar ki, tez-tez işıqların kəsilməsi evlərdə məişət avadanlıqlarının sıradan çıxmasına səbəb olur.
Bunu yeni elektrik paylayıcı şəbəkənin istifadəyə verilməsinə hazırlıqla əlaqələndirirlər. Lakin abonentlər şikayətlənirlər ki, texniki işləri payıza saxlamaq olardı.
Çünki yayın ən qızmar vaxtında elektrik enerjisinin tez-tez kəsilməsi mənzillərdə kondisionerlərin, paltaryuyan maşınların, soyuducuların xarab olması ilə nəticələnir.
“Günün müxtəlif saatlarında işıqları söndürürlər. Heç bir xəbərdarlıq etmədən qəfil işıq sönür. Televizorlar, soyuducular hər dəfə nasaz olurlar.
İşıq idarəsi camaata “gün verib, işıq vermir”. Amma tez-tezinə işıq pulunu tələb edə bilirlər. Biz “Azərişıq” ASC prezidenti Baba Rzayevdən xahiş edirik ki, bizə bu yayın cırhacırında işgəncə verən idarə ilə bağlı bir araşdırma aparsın, problemi həll etsin”,-deyə oxuculardan biri şikayətində yazıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...