Xaçmazda işıq sayğacı rəzaləti – “Bu necə rüsumdu ki, ürəyin istədiyin adama “güzəşt” edə bilirsən?!”
- 29-06-2018, 10:10
- 1 197
Bu qırılmış “bilmir” ki, dövlət rüsumu hansı yollarla ödənilir və ya hansı hallarda ödənilir. Deyim ki, tək Xudatın ərazisində 1500-dən çox mağaza var.
1500-ü 75-ə vurun, müdirin təkcə bu ay “xalturasını” təxminən hesablayın…
Hələ üstünə bütün rayonun kəndlərini də əlavə etsək…
Bu pulun halalı, haramı hansıdır?
Hələ sağ olsunlar, bəzi dost-tanışlarına ya birbaşa məbləği bağışlayırlar, ya da 20-30 manata söhbəti bağlayırlar…
Bu necə rüsumdu, necə ödənişdir ki, ürəyin istədiyin adama “güzəşt” edə bilirsən?!”