SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zəngilan şefinin dayaqları sarsılıb: Əli Həsənovun qardaşına “əcəl zəngi”

Zəngilan şefinin dayaqları sarsılıb: Əli Həsənovun qardaşına “əcəl zəngi”

Tarix:

27-06-2018, 10:05

/ 3 517 dəfə oxundu.
Zəngilan şefinin dayaqları sarsılıb: Əli Həsənovun qardaşına “əcəl zəngi”

Baş nazirin müavini Əli Həsənovun qardaşı olan Zəngilanın icra başçısı Ramiz Həsənovla yollar ayrıla bilər

Məlumata görə, bu haqda feysbukda məcburi köçkünlərdən şərhlər yazanlar olub. Onların dediyinə görə, R.Həsənov yaxınlarda işdən azad olunacaq.

Həsənovlar üçün başlanmış siyasi qürub onun Zəngilandakı vəzifəsi ilə vidalaşmağa səbəb ola bilər.

Çünki həm köçkün rayonların ən passiv məmurudur, fəaliyyəti görünmür, həm də dayaqları sarsılıb, qardaşı da onu qoruya bilmir.

Ramiz Həsənov 2011-ci ildən Zəngilan rayon icra başçısıdır. Amma bu 7 il ərzində onun üzünü 7 dəfə görən məcburi köçkünlər R.Həsənovun qardaşına arxalandığını yazırlar.

Ə.Həsənovun nəvəsinin məlum qəzası, Nailin atasının ölkədən getməsi və Almaniyada başına gələnlər, özünün “Qaçqınkom” sədri postundan gedişi Zəngilan icra başçısının kreslosunu laxladıb.

Odur ki, Baş nazirin müavini Əli Həsənovun qardaşı olan Ramiz Həsənov ondan şikayət getməməsinə çalışır.

Amma bu ilin fevralında Bağırova Aidə Yəhya qızı düşdükləri acınacaqlı durumla bağlı ölkə rəhbərliyindən kömək istəmişdi.

Məcburi köçkün olan xanım real yaşayış şəraitindən Zəngilan Rayon İcra Hakimiyyətinin məlumatı var imiş. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, onların probleminə əncam çəkilməyib.

İki il qabaq isə Ramiz Həsənovun iştirak etdiyi məclisdə qarşısına düzülmüş içkilərin fotosu yayılmışd.

Təkcə 3-nün qiyməti 2500 manata yaxın idi. Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır.

Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb.

Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır.

Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub. Hətta toy olsa belə, icra başçısının bu qədər bahalı içkiləri qarşısına düzməsi heç bir şəkidə başadüşülən deyil.

Zəngilanın köçkünləri icra başçısının onlarla sonuncu dəfə nə zaman görüşdüyünü xatırlamırlar.

Sakinlərin sözlərinə görə, müxtəlif bölgələrdə, əsasən də Sumqayıtda məskunlaşmış qaçqınların, şəhid ailələrinin problemləri R.Həsənovun yadına düşmür.

Kabinetlərindən çıxmayan icra hakimlərini əhalinin sosial çətinliklərinə laqeyd qalması məmurlar üçün adi işdir.

Məlumata görə, budəfəki kadr dəyişiklikləri məcburi köçkün rayonların icra başçılarına şamil olunacaq.

Bir neçə icra başçısı ilə bağlı veriləcək sərəncamlarda həm kadrların yerdəyişməsi, həm də vəzifədən birdəfəlik kənarlaşdırma prinsipindən istifadə olunacaq.

RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ