XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Ağdama “pendir kralı” başçı gəlmək istəyir

Ağdama “pendir kralı” başçı gəlmək istəyir

Ağdama “pendir kralı” başçı gəlmək istəyir
15-06-2018, 09:58

Ağdamda Raqub Məmmədovdan sonra boş qalmış başçı kreslosu uğrunda savaş qızışır.
Azerinfo.az-a daxil olan məlumatda bildirilir ki, hələlik mübarizə iki namizəd arasında gedir. Bunlardan biri Subartezian idarələrinin rəisi Hafiz Əzimov, ikincisi isə Ağdam İH-də birinci müavin, müvəqqəti olaraq başçı səlahiyyətlərini daşıyan Allahverən Əliyevdir.
Sonuncunun şansları daha yüksəkdir. Mənbə bildirir ki, Nizami Sadıqovun zamanıda Ağdamda ikinci güc sahibi birinci müavin Zülfi Qasımov olsa da, Raqub Məmmmədovdan sonra vəziyyət fərqli oldu. Raqub Məmmədov Ağdama gəldikdən sonra Allahverən Əliyev Ağdamın «boz kardinalına» çevrildi.
Allahverən Əliyev faktiki olaraq Ağdamda Raqub Məmmədovdan sonra ikinci adam və başçının bütün məsələlər üzrə «səlahiyyətli nümayəndəsi» hesab olunurdu. Belə ki, Ağdamda başqçıyla hansısa «iş görmək» istəyən şəxs başçıyla görüşsə belə «son söhbətini» Allahverən Əliyevlə edirdi.
Bu müddət ərzində müavin özünə rayomda biznes imperiya qura bildi.
Xüsusilə Allahverən Əliyevin Çəmənli kəndində fəaliyyət göstərən və hər gün 10 ton süd istehsal edən pendir sexi barədə məlumatlar maraqlı və ilgincdir.
Buna görə omna rayonda “pendir kralı” da deyirlər.
Bundan başqa onun Baharlıdan Bənövşələr kəndinə kəsə gedəndə mal ferması, balıqartırma sexi olan kiçik gölü də var.
Həmçinin Çəmənlidəki marketlərdən birinin də sahibidir.
Quzanlı-Hindarx yolunda, daş karxanasının yaxınlığındakı kafe də Allahverən Əliyevə məxsusdur. Və bura əxlaqsız yuva kimi tanınır. Bir neçə gün öncə burada gecə vaxtı dava düşüb, polislər kafeni işlədən şəxsi saxlamışdılar. İnsindent Allahverən Əliyevin qarışması ilə sakitləşib.
Hər halda bu epizod onun başçı olmaq arzusunu gözündə qoya da bilər. Hər halda Ağdamın “boz kardinal”ından bi tipli məlumatlar kifayət qədərdir.

Azerinfo.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.