SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ŞOK! ŞOK! ŞOK! – Göyçay rayon icra başçısı H.Əliyev adına parkı satışa çıxartdı-foto video

ŞOK! ŞOK! ŞOK! – Göyçay rayon icra başçısı H.Əliyev adına parkı satışa çıxartdı-foto video

Tarix:

13-06-2018, 22:24

/ 6 588 dəfə oxundu.
ŞOK! ŞOK! ŞOK! – Göyçay rayon icra başçısı H.Əliyev adına parkı satışa çıxartdı-foto video

Hefteaz.info xəbər verir ki Azərbaycanın ən gözəl guşələrindən biri olan Göyçay rayonunda vəziyyət kritik həddə çatıb. Belə ki bir tərəfdən güclü sel ucbatından ölkə üçün əhəmiyyətli olan avtomobil magistralındakı yeganə körpünün uçması nəticəsində rayaon ərazisindəki yaşayış massivləri iki yerə bölünüb. Bu isə rayonun 38 kəndini rayon mərkəzindən ayrılmasına səbəb olub. Ancaq rayon rəhbərliyi əhalinin bu problemi həll etmək üçün müvəqqəti olaraq alternativ körpünün açılması ilə bağlı tədbirlər görmək əvəzinə torpaq satışı ilə məşğuldur. Vəziyyət o həddə çatıb ki rayon mərkəzində əhalinin yeganə istirahət etdiyi Heydər Əliyev adına parkda obyekt üçün torpaq satılır ki bu da yerli sakinlərinin narazılıına səbəb olub.
Rayon sakini Mobil bəy Xeyrullayev və digər vətəndaşlar obyekt üçün parkda satılan 2 sot torpaq sahəsinin qeyri-qanuni olduğunu iddia edirlər
Həmin parkda istirahət edən rayonun yaşlı nəslinin nümayəndələri icra başçısının bu qərarını pisləməklə yanaşı onu da əlavə edirlər ki icra başçısnın bu özbaşınalıığı onları məcbur edir ki kütləvi aksiyalara əl atsınlar
Maraqlısı budur ki İcra başçısının qoçu dəstəsi nəinki rayonda boş topraq sahələrini hətta rayon mərkəzində olan qanuni obyektlərin sahiblərinə də müxtəlif yollarla təzyiqlər göstərərək onların qanuni dükan və obyektlərini ucuz qiymətə satmağa məcbur edirlər.

Onu da qeyd edək ki İcra başçısı Mehdi Səlimzadənin iki illik fəaliyyəti nəticəsində sahibkarların böyük əksəriyyəti repressiyalara məruz qalıblar

Mövzuya qayıdacağıq

Şərhlər

XƏBƏR LENTİ