SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan icra hakimiyyəti və millyonçu Elburusun dəhşət doguran maxinasiyası -- FOTO, VİDEO

Beyləqan icra hakimiyyəti və millyonçu Elburusun dəhşət doguran maxinasiyası -- FOTO, VİDEO

Tarix:

7-06-2018, 11:08

/ 5 095 dəfə oxundu.
Beyləqan icra hakimiyyəti və millyonçu Elburusun dəhşət doguran maxinasiyası -- FOTO, VİDEO

Azerbaycanrealligi.com saytina daxil olan məlumata görə Rayonda gedən haqsızlıqlara göz yuma bilməyən Beyləqan sakini, müxbir Anar Zeynalov rayonda qaçqınların məskunlaşdığı yerdə onların zorla yaşadığı yerdən didərgin salınması barəbədə videoxəbər hazırlayıb. Saytımıza verilən məlumatda deyilir ki, Beyləqan rayon "Kabelonka"bağı adlanan ərazidə (yəni indiki şitilçilik deyilən ərazi, aşağı ərazi) 1993-1994 -cü illərdən öz yurd -yuvasından didərgin düşmüş qacqınlar yaşayır. Həmin bu ərazi keçmiş sovet məkanından qalmış Pendir emalı zavoduna aid olmasa da, rayonda oliqarx kimi tanınan "Aptek Elburus", Beyləqan İcra başcısı müavini Qələndərov Məhəmmədin havadarlığı ilə Qacqınların evini yerlə yeksan edib, orada öz biznesinin çiçəklənməsi ücün böyük binalar tikib satmaq qərarına gəlib. Onu da qeyd edək ki, həmin ərazilər İcra hakimiyyətinin yox meşə təsərrufatının balansındadı. Aldığımız səhih məlumatda vurğulanır ki, şəhid ailəsi bakıya qohumu gilə getdiyi günün səhəri, Beyləqanda onlara evlərinin Qələndərov Məhəmməd tərəfindən söküldüyü bildirilir. Şəhid ailəsinin bildirdiyinə görə milyonçu "Aptek Elburus" Pendir Emalı zavodunu alıb. Bizim tikilmiş evlərə, yəni meşə fondunun balansında olan evlərə qarışacağı yoxdu. Biz burada 1994 -cü ildən yaşayıb qız köçürtmüşük oğul evləndirmişik və indiyə kimi də qaz pulu, işıq pulu veririk.

Azerbaycanrealligi.com

Beyləqan icra hakimiyyəti və millyonçu Elburusun dəhşət doguran maxinasiyası -- FOTO, VİDEO
Beyləqan icra hakimiyyəti və millyonçu Elburusun dəhşət doguran maxinasiyası -- FOTO, VİDEO

Şərhlər

XƏBƏR LENTİ