SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazir Ağcabədi təhsil şefi ilə vidalaşır: 78 müəllimin işi təftiş edilir

Nazir Ağcabədi təhsil şefi ilə vidalaşır: 78 müəllimin işi təftiş edilir

Tarix:

4-06-2018, 10:25

/ 1 604 dəfə oxundu.
Nazir Ağcabədi təhsil şefi ilə vidalaşır: 78 müəllimin işi təftiş edilir

Təhsil naziri Ceyhun Bayramovun təhsil şöbələri ilə bağlı fəaliyyətində yeni dəyişikliklər gözlənilir.

Ağcabədi rayon Təhsil şöbəsinə təyin olunan müdir Solmaz Rəhimova çamadan əhvalında olanlardan biridir.

C.Bayramov təhsil şöbələrində gənc, həvəsli, enerjili kadrlara üstünlük verməyə hazırlaşır.

Bu ilki qəbul imtahanlarında göstərilən nəticələr də rayonlarda təhsilin inkişaf səviyyəsinin yerində saydığını sübut elədi.

C.Bayramov Dövlət İmtahan Mərkəzinin gələn il tənqidləri ilə üzbəüz qalmamaq üçün regionlarda tədrisin inkişafına çalışmalıdır.

Bunun üçün başlanğıc təhsil şöbələrindən keçir. C.Bayramov bölgələrdə yeni müdirlər təyin etməlidir. S.Rəhimovanın da vəzifədən gedəcək şəxslər arasında adı keçir.

İddialara görə, yeni nazir onunla işləmək istəmir və ümumilikdə RTŞ müdirlərinin dosyesi masasına qoyulub.

Məktəb direktorlarını işdə saxlamaq və ya işdən kənarlaşdırmaq nazirliyin işidir. Amma müəllimlərə Təhsil İdarəsi nəzarət edir.

Şöbənin müdiri Solmaz Rəhimova və Əfrasiyab Məmmədov onlardan pul alaraq, pensiya yaşları çatmasına baxmayaraq, işdə saxlayıblar.

Bundan başqa, 3 saylı məktəbdə fiziki bədən tərbiyəsi dərsini biologiya, tarix, coğrafiya müəllimlərinə dərs saatı kimi yazdırıb, pullarını özləri mənimsəyirlər.

Metodist Baxşeyiş Məmmədov bu faktları açıqlamışdı. Onun sözlərinə görə, Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri və onun müavini Ağcabədi rayon məktəblərində çalışan 78 müəllimdən 300-500 manat alaraq, onları pensiya yaşına çatdıqdan sonra da işləməsinə şərait yaradıblar.

Sitat: “Məktəblərdə bəzi müəllimlərin adı gedir, amma özləri heç bir dəfə də olsun həmin məktəblərdə jurnal belə yazmayıblar.

Bundan başqa, əlimdə cinayət faktları da var, onları da zaman gəldikdə, açıb deyəcəm. Mən həmin iki insanla bağlı Təhsil Nazirliyinə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəm”.

Bu əsnada fia.az yazır ki, Ağcabədi Rayon Təhsil Şöbəsində keçirilən iclas zamanı şöbənin müdir müavini Əfrasiyab Məmmədovla metodist Baxşeyiş Məmmədov arasında insident olmuşdu.

Əfrasiyab Məmmədov iclasda düşən davada günahkarın Baxşeyiş Məmmədov olduğunu bildirmiş və Baxşeyiş Məmmədovun onu təhqir etdiyini qeyd etmişdi.

Əfrasiyab Məmmədov bu kimi halın ikinci dəfə təkrar olduğunu, bundan əvvəl də Baxşeyiş Məmmədovun içkili halda şöbəyə gələrək başqa bir metodistlə mübahisə etdiyi söyləmişdi.

Mətbuat onu da yazmışdı ki, fizika müəlliməsini Poladlı kənd orta məktəbindən 7 saylı şəhər məktəbinə, daha bir fizika müəlliməsini Ağabəyli ümumi orta məktəbdən 3 saylı şəhər məktəbinə, İngilis dili müəlliməsini şəhər 12 saylı məktəbdən 3 saylı məktəbə “transfer” edib.

İddia edilir ki, daxili yerdəyişmələr hər bir müəlliməyə 3000 manata başa gəlib. Məlumdur ki, qanunvericiliklə nəzərdə tutulmuş qayda da, Təhsil nazirliyinin müvafiq təlimatına əsasən daxili yerdəyişmələr müsabiqə əsasında həyata keçirilir.

Görünür, Ağcabədi RİH başçısı Şahin Məmmədov təhsil sahəsindən də gəlir əldə etmək marağındadır. Əks təqdirdə, baş verən qanun pozuntuları araşdırılmalı və hüquqi qiymət verilməlidir.

1-ci sinif şagirdi ailə həyatı qurduğu üçün 2017-ci il fevral ayında 1 saylı orta məktəbdən azad edilib.

Lakin Solmaz Rəhimova şagirdin valideyindən 1500 manat alaraq rayonun Qaradolaq kənd 1 saylı orta məktəbin direktoru ilə cinayətə girərək 04.04.2017 ci il tarixində qeyd edilən məktəbə bərpa etdirib.

Rayondan verilən məlumatlara inansaq Bakı şəhərində yaşayan şagird imtaha buraxılıb və ateistat alıb. S. Rəhimovanın qanunsuz əməlləri bununla bitmir. Görəsən, nazir belə bir təhsil müdiri ilə işə davam edəcəkmi…

FİA.AZ

Şərhlər

XƏBƏR LENTİ