SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallı sakini Cəlil Nəzərovdan Prezidentə şikayət etdi

Masallı sakini Cəlil Nəzərovdan Prezidentə şikayət etdi

Tarix:

21-05-2018, 14:04

/ 3 467 dəfə oxundu.
Masallı sakini Cəlil Nəzərovdan Prezidentə şikayət etdi

Masallının səhiyyə “başkanı” Cəlil Nəzərov bu rayonda ən qorxmaz, ən mübariz məmurlardan sayılır. Çünki haqqında nə yazılır, yazılsın, heç kefinə deyil.
“Hamıya çirkin olsam da balam, təkcə yarıma göyçək olaydım” mahnısını özünə həyat məramı seçən Cəlil müəllim şəxsi maraqlarını qorumaq şərti ilə nazirlikdə və rayonda 2-3 nəfərə yaxşı olmaqla, onlara hər cür diqqət göstərməklə elə bilir ki, olduqca böyük siyasət yeridir və hamını aldada, hamını incidə bilər.
Təkcə internetdə “Masallı Mərkəzi Xəstəxanası, Cəlil Nəzərov” yazmaq kifayətdir ki, onun haqqında onlarla tənqidi, bir az kəskin desək, ifşa edici materiallar quzu kimi “mələyə-mələyə” gəlir. Heç birini də rəsmi təkzib edə bilmir. Ən uzağı yüksək “mədənilik” göstərib mobil telefonla məqalə yazan jurnalisti söyür. Bu minvalla redaksiyamıza müraciət edən çarəsiz ata illərdir Cəlil Nəzərovun gözünə yaxşı görünmədiyindən övladına verilməli olan müavinətə əli çatmamaqdadır. Bu yaxınlarda Qarabağ qazisinin çıxışında dediyi kimi baş həkim sənətin üçtünə nömrə qoymayanda "şirinlik" olmadığı bilindiyindən kamissiya dərhal sənətlərə imtina yazmaqdadır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikası Səhiyyə Naziri Oktay Şirəliyevə
Surəti: Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə

Azərbaycan Respublikası Masallı rayonu Xallıcalı kənd sakini Nuriyev Rahim Səlimxan oğlu tərəfindən

ŞİKAYƏT
Mənim 27 oktyabr 2014-cü ildə anadan olmuş oğlum Nuriyev Camal Rahim oğlu anadangəlmə xəstədir və anadan olandan indiyədək fasiləsiz olaraq Masallı rayon mərkəzi xəstəxanasında və Bakı Uşaq Nevroloji xəstəxanasında müalicə olunub.Hətta iki dəfə Bakı Uşaq Nevroloji xəstəxanasında stasionar şəraitdə "R62.0. İnkişaf etaplarının ləngiməsi" diaqnozu ilə müalicə olunsa da indiyədək sağalmır.İndi dörd yaşlı oğlum sərbəst hərəkət edə bilmir, danışa bilmir, anlamır, əsəbidir, qulağından iltihab axır, qavramır, psixi-nevroloji tutmalar və sairə keçirir. Daimi dərmanlar və iynələr istifadə edilməsə vəziyyəti daha da pisləşir. Müalicə xərclərini qismən qarşılamaq üçün 11 iyul 2016-cı ildə 31saylı Tibbi Sosial Ekspert Komissiyasına müvafiq sənədləri təqdim edərək oğlumu müayinə etdirdik ki,müavinət ala bilək.Lakin Nazirlikdən müvəqqəti olaraq gəlmiş TSEK sədr əvəzi Abdullayeva Fəridə Razim qızının sonradan bizə verilən cavabından aydın oldu ki,uşağıma müavinət verilməkdən imtina olundu.İmtinanın səbəbi kimi əlavə müalicənin təyin olunması göstərilmişdir.Əlavə müalicəni fasiləsiz olaraq davam etdirsək də,uşaq hələ də sağalmır.Biz də bahalı dərmanları alaraq müalicə etdiririk.Çox vaxtlarda isə maddi imkansızlıq ucbatından dərmanları vaxtında alıb müalicə etdirə bilmirik.Uşağa müavinət təyin edilməsi üçün Masallı RMX baş həkimi C.Nəzərova dəfələrlə müraciət etsək də, sənədləri mərkəzə yollamaqdan imtina edirdi.Səbəbini də belə izah edirdi ki, nevroloji xəstələri təkrar müayinəyə göndərsə guya onu işdən çıxardarlar.2016-cı ildən bəri bizi süründürməçiliyə salaraq uşağımı müayinəyə göndərmirdi.

Nəhayət Masallı rayon İcra hakimiyyəti başçısına şikayətim əsasında yenidən xəstə övladıma Masallı rayon mərkəzi xəstəxanasınım həkim komissiyası baxış keçirmiş və xəstə hesab olunaraq sənədlərinin Nazirliyin mərkəzləşdirilmiş komissiyasına göndərilməsi qərara alınmışdır.Mənim aidiyyati üzrə müvafiq dövlət orqanlarına şikayətlərimdən bərk qəzəblənən Masallı RMX baş həkimi Cəlil Nəzərov qərəzli şəkildə məni bir daha süründürməçiliyə salmaq üçün qəsdən övladımın Respublika Tibbi-Sosial Ekspert Komissiyasına göndərilən sənədlərini natamam doldurtduraraq 15 mart 2018-ci ildə Mərkəzə yollamışdır.Natamam yollanan sənədə 4 gün sonra cavab olaraq 19 mart 2018-ci ildə Respublika Tibbi-Sosial Ekspert Komissiyasından cavab gəlmişdir.

Cavabda yazılıb “İmtina edilib.
Səbəb:Göndərişin natamam doldurulması.
Ətraflı: Diaqnoz düzgün formalaşdırılmadığına və xəstəliyin SİM təyinatına əsas verən, ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri (patofunksional pozğunluqlar) diaqnozda qeyd olunmadığına görə SİM təyinatı mümkün deyil. Son 2 ildə heç bir stasionar müalicəsi almayıb.”

Cavabdan bir daha aydın olur ki,imtinaya səbəb başda Masallı RMX baş həkimi Cəlil Nəzərov olmaqla onun tabeçiliyində olan həkimdir.İndi özünüz deyin məndən asılı olan nəsə varmı? Mən daimi olaraq övladımı Bakı Uşaq Nevroloji Xəstəxanasında müayinə və müalicə etdirirəm.Elə son dəfə 25 aprel 2016-cı ildə Bakı Uşaq Nevroloji Xəstəxanasında şöbə müdiri,həkim Aynur Axundova 12 gün stasionar şəraitdə müalicə edib ki,o vaxtdan heç iki il keçməmişdir.Amma 19mart 2018-ci il tarixli cavabda yazılıb ki, “son iki ildə heç bir stasionar müalicə almayıb”.Yəqin ki,Masallı RMX Mərkəzə həmin son müalicə barədə məlumatı göndərmədiyi üçün onlar da Mərkəzdən bu cavabı yazıblar. Görəsən Masallı RMX baş həkimi Cəlil Nəzərovun israrla,hər vəchlə xəstə övladıma müavinət təyin edilməsinə maneəçilik törətməsinə səbəb nədir?
Mən Xallıcalı kəndindən xəstə uşağımla gələrək iki il müddətində dəfələrlə Masallı RMX Baş həkiminin uzun-uzadı növbəsinə dursam da,cavabı bu olurdu ki,sənədləri nə vaxtsa göndərəcəyik və indi də qəsdən sənədləri natamam doldurtduraraq,qərəzli şəkildə övladımın müavinət almasına maneə olub.Günlər ötüşür sənədlərdə olan analiz nəticələrinin və epkrizlərin nəticələri köhnəlir və mənə yenidən hər dəfə xəstə uşağı Masallı şəhərinə dəfələrlə gətizdirərək yenidən təkrar-təkrar analizlər verməyə epkriz yazdırmağa məcbur edirlər ki, bunlar da maliyyə vəsaiti tələb edir,əlavə olaraq xəstə uşağıma artıq zülmdür. Çox vaxt mən Xallıcalıdan Masallı şəhərinə on kilometrdən artıq yolu imkansızlıq ucbatından yayın istisində, qışın soyuğunda qucağımda dörd yaşlı xəstə övladım olmaqla piyada gedib-gəlməyə məcbur oluram və bu da xəstə-əsəbi uşağımın vəziyyətini lap pisləşdirir. Nəzərə alsanız ki, bu xəstə uşağım danışa bilmir və təbii ehtiyaclarını əvvəlcədən bildirmir və mənim bu uzun yollarda piyada və təkbaşıma xəstə uşağıma zəruri qulluq zamanı, onu təmizləyən zamanı nə zülmlər çəkdiyimi təsəvvür etmək çətin deyil. Məni bu dolanbac labirintdə Masallı RMX baş həkimi iki ildir ki,dolandıraraq bezdirir.Bu iki il ərzində Masallı RMX baş həkimi çoxlu başqa adamların sənədlərini Mərkəzi komisiyaya yollayaraq pensiya və müavinət almasına nail olsa da,nədənsə mənim xəstə övladımın sənədlərini qəsdən natamam doldurulmuş şəkildə yollaması hesabına mən xəstə övladıma müavinət ala bilmirəm.Mənim övladım iki dəfə Bakı Uşaq Nevroloji xəstəxanasında yataraq müalicə olunub və hər ay da həmin xəstəxanada əlavə olaraq müayinə olunaraq müalicə yazılsa da sağalmır.Amma mən iki il ərzində bəzi adamların heç Bakı şəhərində stasionar şəraitdə müalicə olunmamasına baxmayaraq,sənədlərinin mərkəzə yollanılmasının və onlara pensiya verilməsini görmüşəm.Masallı RMX baş həkiminin xəstələrə qarşı bu cür ikili standartlarla yanaşmasına səbəb nədir? Bu məsələnin araşdırılmasına xüsusi ehtiyac var.Məgər bizim övladımız Azərbaycan Respublikasının vətəndaşı deyilmi?
Mən artıq bu cür alçaldıcı süründürməçiliyə dözə bilmirəm və maddi imkansızlıqdan dərman xərclərini qarşılaya bilmədiyimdən,xəstəni normal qidalandıra bilmədiyimdən,övladımı xüsusi müalicə müəssisəsində saxlamağa vermək istəyirəm.Əks halda Xarici ölkələrin diplomatik nümayəndəliklərinə və səfirliklərinə müraciət edərək övladımın himayəyə götürülməsini xahiş etmək məcburiyyətindəyəm.
İşsizəm,əlavə gəlir mənbəyim yoxdur, çətin maddi durumdayam , qohumlarımın ianələri hesabına uşaq müalicə etdirməkdən utanıram və bu mənə əzabdır.Həyat yoldaşım da işsizdir və iki azyaşlı övladlarımızla səfalət içində yaşayırıq.
Şikayətimi təsdiq edən sənədlərin surətini də sizə göndərirəm.

Xahiş edirəm ki,xəstə oğluma müavinət təyin olunması üçün müvafiq tədbir görəsiniz.

Nuriyev Rahim Səlimxan oğlu, Masallı rayon Xallıcalı kənd sakini, işsiz.
Əlaqə telefonum: 050-361-28-67
20 may 2018-ci il.

Bakunews.az
Masallı sakini Cəlil Nəzərovdan Prezidentə şikayət etdi
Masallı sakini Cəlil Nəzərovdan Prezidentə şikayət etdi
Masallı sakini Cəlil Nəzərovdan Prezidentə şikayət etdi
Masallı sakini Cəlil Nəzərovdan Prezidentə şikayət etdi

Şərhlər

XƏBƏR LENTİ