SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuz Dövlət Sosial-İqtisadi Kollecində nələr baş verir?

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində nələr baş verir?

Tarix:

17-05-2018, 00:51

/ 2 445 dəfə oxundu.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecində nələr baş verir?

Azərbaycanda orta peşə təhsili müəssisələrinin bərbad vəziyyətdə olması haqqında "Yeni Sözçü” qəzetində dəfələrlə araşdırmalar dərc olunub. Halbuki, iqtisadiyyatın inkişafı müəyyən mənada orta peşə təhsili müəssisələrindəki tədrisin vəziyyətindən asılıdır.
Mikayıl Cabbarov təhsil naziri təyin olunanda orta peşə təhsili müəssisələrinin inkişafına xüsusi diqqət ayrılması ilə bağlı təkliflərimiz təəssüf ki, həyata keçirilmədi. İndi ümid edirik yeni təhsil naziri Ceyhun Bayramov sələflərinin diqqət etmədiyi, buna görə bərbad vəziyyətə düşmüş bu sahəni canlandırmaq üçün ciddi tədbirlər görəcək. Yuxarıda qeyd elədik ki, iqtisadiyyatın inkişafı bir çox məqamlarına görə orta peşə təhsilinin yüksəldilməsindən ibarətdir. Ancaq bu gün əksər orta peşə təhsili müəssisələrində tədrisin keyfiyyəti bir yana, dərsə davamiyyətin özü bərbad vəziyyətdədir. Məsələn, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesində iştirak etmək istəməyənlərin 1000-1500 manat müqabilində tədrisdən azad edildiyi iddia olunur. Buraya həm də imtahanlara görə ödənilən haqq daxildir. Bəzi tələbələr isə tədris prosesində iştirak etsələr də, imtahanlardan biliklə deyil, pul müqabilində keçə bilirlər.
Kollecdə tələbələrin dərs oxumağa marağı yoxdu, müəllimlər isə tədrisin keyfiyyətinə maraq göstərmirlər. Təqaüdlərin başına isə oyunlar açılır, dərsə gəlməyən tələbələrə yüksək ballar yazılaraq yuxarı kurslara keçirlir təqaüd kartları rəhbərlik tərəfindən istifadə olunduğu deyilir.
Sözü gedən bu Kollecdə haqsızlığa dözməyən bəzi müəllimlər səslərini sinələrində boğurlar. Narazlığını bildirənlər isə rəhbərlik tərəfindən təzyiqə məruz qalırlar. Məsələn, Pedaqogika və metodika müəlliməsi Vəliyeva Aynurə Mirzəli qızı rəhbərliyin yarıtmaz fəailiyyəti ilə bağlı söylədiyi fikirlərə görə dərs çatışmamazlığını bəhanə edərək fənn birləşməsində əlindən alınmışdır.
Mənbə bildirir ki,Kollecdə etik davranış qaydaları kobud şəkildə pozulur, hətta kollecin tələbəsinə əl qaldırlması və tələbənin haqlı şikayyət etməsi də faktdır.
Xatırladaq ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.
Kollecdə yaranmış vəziyyətə görə isə direktor Rizvan Qəmbərov və onun müavini Nuranə Ələkbərovanın məsuliyyət daşıdığı iddia olunur. Bütün bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq və Kollecin direktoru Rizvan Qəmbərov və onun müavini Nuranə Ələkbərovanın mövqelərini də dinləməyə hazırıq.

"Yeni Sözçü"qəzeti

Şərhlər

XƏBƏR LENTİ