SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlaxda nəqliyyat departamentinin əməkdaşları “kor atı minib köndələn çapırlar”

Yevlaxda nəqliyyat departamentinin əməkdaşları “kor atı minib köndələn çapırlar”

Tarix:

11-05-2018, 14:24

/ 2 276 dəfə oxundu.
Yevlaxda nəqliyyat departamentinin əməkdaşları “kor atı minib köndələn çapırlar”

Əldə etdiyimiz bəzi məlumatlara görə, artıq “taksi” fəaliyyəti ilə məşğul olanlar, Elmar Əhmədovun “hikkələrini qəbul etmək” fikirində deyillər.

Bir neçə il bundan əvvəl, Nəqliyyat Nazirliyinin ləğv edilməsi və bunun nəticəsi olaraq adı çəkilən qurumun Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi, sanki hər kəsin rəğbətlə qarşıladığı məsələlərdən oldu. Çünki, vaxtilə Nəqliyyat Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən bir çox departamentlərin, ələlxüsus nəqliyyat departamenti əməkdaşlarının sürücülərə qarşı açıq-aşkar şəkildə “reketçilik” etmələri, sanki ictimai fikirdə adı çəkilən bu quruma qarşı nifrət hissinin formalaşmasına da səbəb olmuşdu. Bu cür münasibətin əmələ gəlməsinə əsas səbəb, yuxarıda qeyd etdiyimiz kimi nəqliyyat departamenti əməkdaşlarının “əndazəni aşmaları” idi.
Həqiqət naminə etiraf edək ki, bu gün bir neçə il bundan əvvəlki ab-hava yaşanmır. Yəni, ümumi şəkildə götürsək ölkəmizin nəqliyyat sahəsindəki problemlər kifayət qədər qaydaya salınıb, nizam-intizam müəyyən qədər bərpa olunub. Sözüz ki, belə bir ab-havanın varlığına səbəb, cənab Ramin Quluzadənin həyata keçirdiyi təkmil idarəçilik və rəhbərlik etdiyi sahəyə bəxş etdiyi yeniliklərin varlığı oldu. Bütün bunlara baxmayaraq, yenə də ölkəmizin müxtəlif regionlarında, ələlxüsus Yevlax şəhərində nəqliyyat departamenti əməkdaşları “fironluq etməyə” başlayıblar. Yəni, şəhər ərazisində bu sahəyə cavabdehlik daşıyan vəzifə sahibləri, sanki ötən illər ərzindəki “bezpredel”çiliyi bərpa etmək fikirinə düşüblər. Düşündürücü hal odur ki, müxtəlif qanunsuzluqlara qol qoyan departament əməkdaşları, bu gün də oxşar addımları atmaqla bəzi sürücüləri “gözümçıxdıya” salırlar, onlardan əlavə “haqq-hesab” tələb edirlər. Redaksiyamıza daxil olan məlumatlara görə Yevlax şəhəri ərazisində, bir qədər də dəqiq desək şəhərin 32-ci məhəlləsində hər sürücüdən ayda 5 manat “haqq-hesab” toplamağı Nizami Həşimov adlı şəxsə tapşıran Əhmədov Elmar İslam oğlunun adı, artıq xeyli vaxtdır ki, sürücülərin “qara siyahı”sında “göz oxşayır”. Təəccüb və təəssüf doğuran hal odur ki, adı çəkilən məhəllədə “taksi” fəaliyyəti ilə məşğul olanlar, məhz qanunvericiliyin tələbinə uyğun fərqlənmə nişanı əldə edib belə bir fəaliyyət növü ilə məşğul olsalar da, Elmar Əhmədovun iştahası sürücüləri hələ də çoxsaylı problemlərlə üz-üzə qoymaqdadır. Çünki, redaksiyamıza çatdırılan məlumatlarda o da vurğulanır ki, adı çəkilən bu şəxs Nizami Həşimova tapşırıq verir ki, “get hər “taksi” sürücüsündən 5 manat pul al, hansı sürücü verməzsə, o halda onu “tora salmaq” asandır” deyir. Əldə etdiyimiz bəzi məlumatlara görə, artıq “taksi” fəaliyyəti ilə məşğul olanlar, Elmar Əhmədovun “hikkələrini qəbul etmək” fikirində deyillər. Bu da onu söyləməyə əsas verir ki, çox yaxın vaxtlarda sürücülər Elmar Əhmədovla bərabər, Nizami Həşimovu da “süngü ilə qarşılayacaqlar”. Ola bilsin ki, bu cür qarşıdurma Yevlaxda sürücülərlə nəqliyyat departamenti əməkdaşları arasındakı münasibəti fərqli macəraya da yönəltdi. Baş verənləri təhlil edib belə bir qənaətə də gəlmişik ki, Əhmədov Elmar İslam oğlunun bir kimsəni saya salmaması, “mənə kimsə nəsə deyə bilməz” deməklə Yevlaxda “fironluq etməsi” və s. kimi addımlarını atması, artıq “əndazənin aşılması” deməkdir. Amma biz o hala da inanırıq ki, bir neçə illər bundan əvvəl ölkəmizin nəqliyyat sahəsində əmələ gələn “bezpredel” ab-havanı qaydaya salan cənab Ramin Quluzadə, baş verənlərlə bağlı açıqlama işıq üzü gördükdən sonra, yaşanan olayları diqqətdə saxlayacaq və adı çəkilən hər iki şəxsin əməlləri ilə bağlı aidiyyəti üzrə lazımi tapşırıqlarını da verəcək. Yəqin ki, o halda...

Problemin varlığını diqqətdə saxlayacağıq.

Azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ