SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » SHXÇDX-Nin Sabirabad Şöbəsinin Rəisinin Pul Yığanı Hikmətin Paytaxtda Tikdirdiyi Möhtəşəm MALİKANƏNİN FOTOLARI Yayıldı

SHXÇDX-Nin Sabirabad Şöbəsinin Rəisinin Pul Yığanı Hikmətin Paytaxtda Tikdirdiyi Möhtəşəm MALİKANƏNİN FOTOLARI Yayıldı

Tarix:

10-05-2018, 12:58

/ 2 327 dəfə oxundu.
SHXÇDX-Nin Sabirabad Şöbəsinin Rəisinin Pul Yığanı Hikmətin Paytaxtda Tikdirdiyi Möhtəşəm MALİKANƏNİN FOTOLARI Yayıldı

SHXÇDX-nin Sabirabad şöbəsinin rəisi və işçisi ilə bağlı ilginc faktlar ortaya çıxıb

Beləki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə, idarə və bölmələrində üzə çıxan neqativ hallar səngimək bilmir ki, bilmir. Bu sahədə mövcud olan problemləri dəfələrlə qeyd edib konkret faktları ortaya qoymağımıza baxmayaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov vəzifə səlahiyyətlərindən kənar işlərlə məşğul olan şəxslərlə bağlı ölçü götürüləcəyini desə də bu hələdə reallaşmır..

Paytaxt.org-un əldə etdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabadrayon şöbəsində də acınacaqlı vəziyyət hökm sürür. Rayondakı mənbələrdən aldığımız informasiyalara görə, özünü Arzu Rəhimova yaxını kimi tanıdan Hikmətin qeyri-qanuni əməllərə imza ataraq əhalinin narazı salması Sabirabad Hərbi Komissarlığının fəaliyyətinin əhali ilə açıq alver etməsi olduğu bidirilir.

«Niqodnıy» hərbi biletin və 3 illik həkim nəzarətindən keçməyin qiyməti çox bahadır. Bu sahədən əldə olunan gəlirin bir hissəsi Hikmətin əli ilə şöbə rəisinə çatır. Bu məsələdə Hikmət nə etsə də, məsuliyyətdən yaxasını kənara çəkə və deyə bilməz ki, bu işlərdən mənim xəbərim yoxdur. Çünki həkim komissiyasının çağırışçılar haqqında tərtib etdiyi sənədlər əvvəl Hikmətin əlindən keçərək, yekunda şöbə rəisi möhür vurub imza çəkir.

Yerli əhalini ən çox narazı salan sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınmasının adi hal almasıdı. Xəstə çağırışçıların valideynləri şöbə rəhbərinin qabağında göz yaşı tökür, buna baxmayaraq, Kikmətb və onun tabeçiliyində olanlar öz bildiyini edir. Həttda kəndlərə gedib qapı-qapı gəzib, valideynləri təhtid edib pul tələb edirlər.(həmin kəndləri və valideynlərin bəzilərinin adlarını növbəti yazıda dərc etəcəyik.red.)

Mənbənin verdiyi məlumata görə, Hikmət həyata keçirdiyi qeyri-qanuni işlərin sayəsində Sabirabadda ən imkanlı şəxslərindən birinə çevrilməyi bacarıb. Maliyyə durumu çox yüksək səviyyədədir. Gözdən pərdə asmaq üçün «6 min manatıq Opel» sürür. Amma həyətində bir neçə bahalı maşınlar dayanır. Məlumata görə, onun paytaxtda mənzilləri və ticarət obyektləri belə var. Nümunə üçün bir yeri qeyd edtmək olar ki, Abşeron rayonunda Hikmət həmin torpaq ərazisinə 42 min manata alaraq malikanə tikdirib. İddialara görə hikmət həmin malikanənin ərsəyə gəlməsinə, Avropa sayağı təmirinə yüz min manatlarla xərc çəkib. Həmin malikanədən çəkilən bəzi fotoları təqdim edirik

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

paytaxt.org
SHXÇDX-Nin Sabirabad Şöbəsinin Rəisinin Pul Yığanı Hikmətin Paytaxtda Tikdirdiyi Möhtəşəm MALİKANƏNİN FOTOLARI Yayıldı
SHXÇDX-Nin Sabirabad Şöbəsinin Rəisinin Pul Yığanı Hikmətin Paytaxtda Tikdirdiyi Möhtəşəm MALİKANƏNİN FOTOLARI Yayıldı
SHXÇDX-Nin Sabirabad Şöbəsinin Rəisinin Pul Yığanı Hikmətin Paytaxtda Tikdirdiyi Möhtəşəm MALİKANƏNİN FOTOLARI Yayıldı

Şərhlər

XƏBƏR LENTİ