SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » QUSAR RAYON POLİS ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

QUSAR RAYON POLİS ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Tarix:

8-05-2018, 17:23

/ 5 141 dəfə oxundu.
QUSAR RAYON POLİS ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Qusar Rayon Polis Şöbəsində «Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü» və «1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü»nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə polis veteranlar şurasının nümayəndələri, təhsil şöbəsinin əməkdaşları və rayon ziyalıları iştirak ediblər. Mərasimin əvvəlində Ümumilli Lider H.Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov çıxış edərək, Ulu öndərin həyatından, vətənimizin inkişafı üçün apardığı uğurlu siyasətdən bəhs edib. O, bildirib ki, dağılma təhlükəsində olan dövlətimiz H.Əliyev hakimiyyətə gəlməsi ilə yüksək templərlə inkişaf etmiş, Qafqazda lider dövlətə çevrilmişdir. Məhz Ulu öndərin rəhbərlik etdiyi dövrlərdə Azərbaycan Beynəlxalq aləmdə keçirilən tədbirlərdə öz sözünü demiş, dünya miqyasda olan layihələrin iştirakçısı olmuşdur.
Faşizm üzərində Qələbənin 73-illiyi haqda danışan polis rəisi, xalqımızın hər zaman vətəninə sədaqətli olduğunu, Böyük Vətən Müharibəsində də böyük sücaət göstərdiyini bildirib.
Sonra çıxış edən polis veteranlar şurasının sədri, istefada olan polis polkovnik leytenantı Təlim Yarmətov, Ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildiyinin, Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandığını, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandığını bildirib. Təməli ümumilli lider tərəfindən qoyulan uğurlu siyasət hal-hazırda Ali Baş Komandan İlham Əliyev tərəfəndən davam etdirilir.
Daha sonra çıxış edən Təhsil Şöbəsinin nümayəndəsi Elşən Əlimirzəyev Böyük Vətən müharibəsi illərində xalqımızın 700 minə yaxın igid oğlu və qızı cəbhəyə yollandığını, onlardan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Bu fəxri ada iki nəfər Qusar sakini də layiq görülüb. Onlar general leytenant Mahmud Əbilov və serjant Mirzə Vəliyevdir.

Nizam Həmidov
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru
polis leytenantı
QUSAR RAYON POLİS ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLİB
QUSAR RAYON POLİS ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLİB
QUSAR RAYON POLİS ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Şərhlər

XƏBƏR LENTİ