SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxlı məmurdan şikayət VAR

Qazaxlı məmurdan şikayət VAR

Tarix:

24-02-2017, 09:11

/ 1 534 dəfə oxundu.
Qazaxlı məmurdan şikayət VAR

Bu gün Azərbaycanın ədalətli məhkəmə sisteminə inam qalmayıb. Aparılmış sosioloji sorğular, məhkəmələrdəki qanunsuzluqlar, Konstitusiyaya, Azərbaycan qanunlarına, insan haqqları və azadlıqları üzrə Konvensiyaya zidd olaraq çıxarılmış qanunsuz qərarlara görə hakimlərin məsuliyyətsizliyi bunu bir daha təsdiq edir. Bu qanunsuzluqların nəticəsi kimi, Azərbaycan vətəndaşı şikayətlərinin hərtərəfli baxılması hüququndan məhrum edilir. Törədilən cinayət tərkibli hərəkətə görə cəzasızlıq və məsuliyyətdən qaçmaq üçün korrupsiya sxemindən istifadə olunması insanlarda sabahkı günə, eləcə də ədalətin zəfər çalmasına inamsızlıq hissləri yaradır, öz dövlətinə və onun institutlarına qarşı hörmətsizlik etməyə vadar edir. Çıxarılmış məhkəmə qərarlarının əksəriyyəti sübutlar bazasına deyil, ehtimallara söykənir. Demək olar ki, Azərbaycan Respublikası CM və CPM-nin tələblərinin pozulması məhkəmə praktikasının normalarına çevrilib. Cinayət işləri üzrə məhkəmə prosesləri başlanğıcdan ittiham xarakteri daşıyırlar və belə proseslərdə ümumiyyətlə, tərəflərin ədalətli məhkəmə çəkişməsindən danışmağa belə dəyməz. Azərbaycan məhkəmələri təqsirləndirilən şəxslərə mümkün qədər ağır cəza verməkdə maraqlıdılar. Yəni bizim məhkəmələr bir çox hallarda ədalət prinsiplərini gözləmirlər. Hətta bununla bağlı ara-sıra bəzi millət vəkilləri də mətbuat vasitəsi ilə öz narazılıqlarını bildirmişdilər. Azərbaycanda məhkəmə qərarları ilə bəraət alan şəxslər təqsirləndirilənlərin cəmi 1-2 faizini təşkil edir. Dünyanın əksər inkişaf etmiş ölkələrində isə məhkəmələr işə baxarkən, daha obyektiv və ədalətli qərarlar çıxarırlar. Qanunların pozulmasına, çıxarılan qərarların ədalətsizliyinə dair şikayətlərin sayı durmadan artır, lakin həmin şikayətlərin ancaq cüzi hissəsinə məhkəmələr tərəfindən baxılır. İlkin instansiya məhkəmələri tərəfindən isə çıxarılmış ədalətsiz qərarlar yuxarı insatansiya məhkəmələri tərəfindən əksər hallarda qüvvədə saxlanılır. Azərbaycan məhkəmələri həqiqətən də müstəqildirlərsə, onda belə bir nəticə çıxartmaq olar ki, onlar mövcud qanunlara itayətsizlikliklərinə görə müstəqildirlər. Əks halda çoxsaylı fakt kimi hakimlərin cinayət işlərinin istintaqının falsifikasiyasını necə açıq aydın ört-bastır etmələrini nə ilə izah etmək olar? Bəzi hallarda özləri məhkəmə sənədlərini saxtalaşdırırlar, təqsirləndirilən şəxsi şərləmək məqsədi ilə hüquqmühafizə orqanlarının əməkdaşları tərəfindən qanunun pozulması, xüsusi ilə fiziki zorun tətbiqi (döyülmə), şahidlərə qarşı psixoloji təzyiqlərlə bağlı şahidlərin şikayətlərinə dair əlavə istintaqın təyin olunmasından imtina edirlər. Milli faciə qədər ağır durum narkotik maddələrin saxlanılması, gəzdirilməsı, istifadə olunması ilə bağlı qaldırılmış cinayət işləririnin statisikasında özünü bürüzə verir, hansılar üzrə ki, bəraətverici qərarlar da minimuma bərabərdir. Məhkum olunmuş şəxslərin 20 faizi demək olar ki, narkotik maddələrin qanunsuz dövriyysi ilə bağlı təqsirləndirilən şəxslərdir. Lakin diqqət edin, bu maddələrlə kimlər məhkum edilib? Bunların arasında siz narkobaronları görə bilməzsiniz. Əsasən, bunlar sağlamlıqlarını itirmiş, bədbəxt, bir çox hallarda müdafiəsiz qalan insanlardır. O səbəbdən müdafiəsizdirlər ki, narkotikadan asılılıqları, onlardan yaxınlarının belə üz döndərməsinə səbəb olub. Qanunların tətbiqi baxımdan passivliyi və məhkəmə sisteminin korrupsiyaya bulaşması bu maddələri şantaj və psixoloji təzyiqlə biznesdəki rəqibin kənarlaşdırılması üçün rahat və əlverişli alətə çevirmişdir. Ən dəhşətlisi budur ki, bu alətdən nəinki iş adamlarına qarşı, hətta müxalif fikirli insanlara və vətəndaş cmiyyətinin üzvlərinə qarşı geniş istifadə olunur. Bir çox hallarda hakimlər ədalətsiz qərarlar çıxartmaqla, yeni cinayətlərin törədilməsinə şərait yaradırlar və buna görə də reallıqda heç bir məsuliyyət daşımırlar. Ən dəhşətlisi budur ki, bəzi hakimlər belə hesab edirlər ki, əgər onlar toxunulmazlıq statusuna malikdirlərsə, deməli, çıxartdıqları ədalətsiz qərarlara görə onları heç kim ittiham edə bilməz. Məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması kimi Konstitusiya hüquqlarına riayət olunmasının əsas qarantı çıxarılmış ədalətsiz məhkəmə aktlarına görə Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş hakimlərin cinayət məsüliyyətidir. Lakin bu qanun işləmir. O səbəbdən ki, ədalətsiz qərar çıxarmış hakimlərin mühakimə edilməsi halları ilə çox təsadüfi hallarda qarşılaşmaq olar və belə bir hadisə baş verirsə də bu mütləq konyuktura xarakteri daşıyır. Yuxarıda qeyd olunanlarla bağlı kifayət qədər faktlar gətirmək olar, hansılarda kı, hakimlərin çıxartdıqları qərarlar nəticəsində Azərbaycan vətandaşlarının Konstitusiya hüquqları pozulur, həmin qərarlarda Azərbaycan höküməti tərəfindən AR CM–nin ayrı ayrı maddələri ilə bağlı edilən düzəlişlərin, əlavələrin tələbləri yerinə yetirilmir. Harınlamış məmurların, hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuzluqları nəticəsində basqıya məruz qalmış Azərbaycanın vədandaşının hüquq və azadlıqlarının müdafiəsinə ehtiyac duyulur. Və məhkəmə bu müdafiəni təmin etməlidir. Buna görə də ilk növbədə, insanların konstitusiyada əksini tapmış hüquqlarının, qanunun və ədalətin, eləcə də dövlətin maraqlarının keşiyində duran məhkəmə hakimiyyətinin olması vacibdir. Vətandaşın ədalətsiz mühakimə olunması ölkənin milli mənafeyinə, təhlükəsizliyinə qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir. Məhkəmələrdə çıxarılmış ədalətsiz qərarlara görə yüzlərlə vətandaşımız cəzaçəkmə müəssisələrinə düşürlər. Onların bəziləri uzun illərdən sonra öz azadlıqlarına belə qovuşa bilmirlər. Yəqin ki, bir çox Azərbaycan vətandaşı məhkəmə proseslərində iştiraklarından sonra keçirdikləri infarkt nətiçəsində əziyyət. Belə bir təsəvvür oyanır ki, hakimlər qəsdən vətandaşları məhkəmə salonlarında saatlarla gözlətməklə onları bezdirirlər, sonra da məhkəmə prosesini qeyri-müəyyən vaxta təyin edirlər və sonda çıxardıqları ədalətsiz qərarların nəticəsi olaraq saysız-hesabsız insanları daha yüksək instansiya məhkəmələrinin yollarında zəlil edirlər. Məhkəmə qərarlarının icrası sahəsində də ciddi qanun pozuntuları müşahidə olunur. Redaksiyamıza daxil olan şikayət də elə bu barədədir.Belə ki, Qazax ziyalıları Ədliyyə naziri Fikrət Məmmədov cənablarına açıq məktub ünvanlayıblar. Həmin məktubu olduğu kimi təqdim edirik: “Hörmətli cənab nazir! Qazaxlıların şikayəti Qazax Məhkəməsi icra qrupunda işləyən Ramiz Şəmmədovdandır. Qazaxlılar adından sizdən xahiş edirik Ramiz Şəmmədovu tutduğu vəzifədən uzaqlaşdırasınız. Çünki Ramiz Şəmmədovun Qazaxda etdiyi özbaşınalıqlardan hər kəs xəbərdardır. Qazaxda İlham Civişov adlı şəxsin çayxanasını boşaltdırarkən, bütün qazaxlılar Ramiz Şəmmədovun ağsaqqal kişinin başına-başına vuraraq onu oradan çıxarmasının şahidi oldu. Kişi ona sual verəndə ki, “məni niyə vurursan”, Ramiz Şəmmədov dedi ki, “yaxşı eləyirəm”. Bu faktlar hamısı çəkdiyimiz videoda əks olunub. Məhkəmə qərarının icrasının qapaz və yumruqla həyata keçirilməsi qanunda varsa, onda bizim bir sözümüz yoxdur. Ən bağışlanmazı isə onun qadına qarşı etdiyi zorakılıq və Azərbaycan mentalitetinə sığışmayan ifadələridir ki, bütün bunlar Qazax ziyalıları və ictimayyət tərəfindən çox pis qarşılanıb. Ramiz Şəmmədov məlum videoda ağbirçək qadına qarşı işlətdiyi “saçınıda yolsan, özünü yerədə vursan da çıxmalısan” ifadəsi bir qadına qarşı oluna biləcək hörmətsizliyin ən yüksək həddidir. Hər şeydən əvvəl Azərbaycan qadını Azərbaycan əsgərinin anasıdır, bizim və sizlərin bacısı, anası və qızıdır. Məmur öz işini icra etmək istəyirsə, bunu zəhmət çəkib qanuni yolla və mədəniyyətlə icra etməlidir. Milli dəyərlərimizi tapdalamamalıdır. Azərbaycan qadınını təhqir etməməlidir. Həmin qadını sakitləşdirmək əvəzinə ifadələriylə onu özünə qəsd etməyə sürükləmək qeyri-peşəkar yanaşma olmaqla yanaşı həmdə kobud səhvdir. Maraqlıdır ki, Ramiz Şəmmədov öz ana və bacısına, qapazladığı o kişinin yerinə öz ata və qardaşına qarşı belə davranışa və və zorakılığın tətbiqinə dözərdimi? Ramiz Şəmmədovun bu əməllərinə etiraz olaraq bir qrup ziyalılar və Qazax sakinləri 8 mart Beynəlxalq qadınlar günü ana və bacılarımıza hörmət və sayğı əlaməti olaraq Qazax Məhkəməsinin qarşısında piket keçirəcəyik və oradan cənab prezident İlham Əliyev cənablarına müraciət ünvanlayacağıq. Ramiz Şəmmədovdan narazılığı olan bütün şəxsləri piketdə iştirak etməyə dəvət edirik. Onun aliment alan qadınlardan faiz iştəməsi də artıq heç kəs üçün sirr deyil. Bunu onun özü dəfələrlə aliment ödəyicilərinə bildirib. İcra işlərində yalnız öz maddi maraqından çıxış edir. Haqlı, haqsız ona rüşvət verənin tərəfini saxlayır! Hörmətli cənab nazir! Ramiz Şəmmədovun kobud şəkildə Azərbaycan qadınını aşağılaması yolverilməzdir. Ona görə də bütün Qazax ziyalıları və Qazaxlılar adından Ramiz Şəmmədovun cəzalanmasını və tutduğu vəzifədən kənarlaşdırılmasını sizdən xahiş edirik”.

Şərhlər

XƏBƏR LENTİ