SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » EKOLOGİYANIN BƏRDƏ «CƏLLADLARI» VİDEO

EKOLOGİYANIN BƏRDƏ «CƏLLADLARI» VİDEO

Tarix:

27-04-2018, 13:17

/ 1 506 dəfə oxundu.
EKOLOGİYANIN BƏRDƏ «CƏLLADLARI» VİDEO

Prezident tapşırır, Bərdədə vəzifə sahibləri isə ekologiyamıza “divan tuturlar”

Sexin iş fəaliyyətinə diqqət yetirdikdə bəlli olur ki, adı çəkilən şəxsin ya özü, ya da ki, meşə zolaqlarına “qənim kəsilənlər” verilmiş tapşırıqlara məhəl qoymadan, bu gün də fəaliyyətlərini davam etdirməkdədirlər

Ətraf mühitlə bağlı problemlərin varlığı və aradan qaldırılması, hər zaman hər kəsi düşündürən məsələlərdən olub. Odur ki, yaşıllıqların qorunması, meşə zolaqlarının mühafizəsi, müəyyən ərazilərdə tüğyan edən erroziyanın qarşısının alınması və s. kimi problemlərin həlli, hər vaxt əhəmiyyət kəsb edən məsələlərdən olub. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və aidiyyətı qurumlara əmələ gələn problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verdi.
Hətta, Prezident İlham Əliyev meşə zolaqlarında və digər ərazilərdə olan ağacların qanunsuz yollarla kəsilməsinin yolverilməz olduğunu və bu cür hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, bu cür qanunsuzluqlara yol verən hər kəsin birbaşa məsuliyyətə cəlb edilməli olduğunu Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində də vurğulayaraq
bildirmişdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu mənim son xəbərdarlığımdır”.
Bəli, bu cür tapşırıqlar ölkə rəhbərinin ortaya qoyduğu yanaşma oldu. Bu da onu söyləməyə əsas verir ki, ölkəmizdə yaşıllıqların salınması, ekoloji tarazlığın qorunması istiqamətində müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsilmələrinə qarşı ciddi mübarizə tədbirlərinin davam etdirilməsinə baxmayaraq, bu gün də müəyyən ərazilərdəki yaşıllıqların məhv edilməsi, meşə zolaqlarının qanunsuz yollarla kəsilməsi hallarına yol verilməkdədir. Məsələn, Bərdə şəhərinin Əyricə kəndinə gedən yolun sağ tərəfində Fərid adlı şəxsə məxsus böyük bir taxta sexi fəaliyyət göstərir ki, həmin sexdə təqribən 30-40 illik çinar ağacları doğranmış vəziyyətdə yığılır və onlardan müxtəlif məqsədlər üçün də istifadə olunur. Yəni, həmin sexin iş fəaliyyətinə diqqət yetirdikdə bəlli olur ki, adı çəkilən şəxsin ya özü, ya da ki, meşə zolaqlarına “qənim kəsilənlər” verilmiş tapşırıqlara məhəl qoymadan, bu gün də fəaliyyətlərini davam etdirməkdədirlər.
Baş verənlər onu söyləməyə əsas verir ki, ölkə rəhbəri cənab İlham Əliyevin yaşıllıqlarla bağlı vermiş olduğu tapşırıqları, həmin şəxslər heç də saya salmırlar. Belə bir addımların atılması, artıq əndazənin aşılması deməkdir. Əgər bu belə deyilsə, o halda həmin şəxslər möhtərəm Prezidentin verilmiş olduğu tapşırıqlara əməl edərdi. İndi olub-keçənlərə diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri yaşıllıqların qorunması, problemlərin həlli istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən bəzi vəzifə sahibləri isə verilmiş tapşırıqlara məhəl qoymurlar.
Hələ məhrum prezidentimiz Heydər Əliyev də hakimiyyətdə olarkən «Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir» demişdir. Belə bir kəlamın işlədilməsi bir daha onu söyləməyə əsas verir ki, xalqımızın Ulu Öndəri həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərər və bəlli münasibətini də ortaya qoyardı. Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində meşə zolaqlarının qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması üçün aidiyyəti qurumlara lazımi tapşırıqlarını da vermişdi. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2010-cu ilin »Ekologiya ili» elan olunması isə, bir daha ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.
Bəli, bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, yerli vəzifə sahibləri isə verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atırlar. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti bir məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və onların ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçiriblər. Atılan addımlar zamanı onminlərlə ağaclar əkilib, yeni-yeni yaşıllıqlar salınıb, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması daim öndə tutulub. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki… Bu yöndə araşdırmamız davam edəcək.

azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ