Sabirabadda rüsvayçılıq-Məktəblərə zorla kitab satılır
xalqxeber.az-ın elektron ünvanına Sabirabad rayonundan daxil olan məlumatda iddia edilir ki,Sabirabadda məktəb direktorlarına tapşırılıb ki, hərəsi dövlət başçısının 2 kitabını alsınlar. Məlumata görə, bunu təhsil şöbəsində keçirilən iclasda icra hakimiyyətinin müavini Şahnaz Babayeva deyib. Xanım müavin bildirib ki, kitabın dəyəri 25 manatdır, kim 30 manat verərsə başının ucalığıdır. "Onu da bilin ki, almaq öz xoşunuza deyil, heç kim bəhanə gətirməsin”- dediyi qeyd edilən xəbərdə o da iddia edilir ki, xanım müavin Şahnaz Babayeva rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun adından onu da direktorlara çatdırıb ki, kitabı almaq məcburidir. Məlumata görə, indi direktorlar necə deyərlər iki daş arasında qalıblar. Bilmirlər ki "nəğd pulla heç nə almayın” deyən Təhsil nazirliyini eşitsinlər, yoxsa icra hakimiyyətinin müavini Şahnaz xanımı. Məktəb direktorları artıq sözlərini bir yerə qoyub Prezidentə müraciət etmək qərarına gəliblər.
Qarşı tərəfində mövqeini dərc etməyə hazırıq.
xalqxeber.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...