SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür - Rəzalət/Foto

Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür - Rəzalət/Foto

Tarix:

10-04-2018, 14:19

/ 1 729 dəfə oxundu.
Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür - Rəzalət/Foto

Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazi yaxınlığında dövlət bayrağımız yerlərdə sürünür

Bu faktı əks etdirən foto sosial şəbəkələrdə yayımlanıb. Fotodan görünür ki, üçrəngli bayrağımız dirəkdən yerə enib və eləcə də qalıb.

Ancaq hər gün bu ərazidən keçən rayon icra başçısı Aqil Nəzərlinin və məsul şəxslərin ağlından keçmir ki, müqəddəs atributumuz olan bayrağı zirvəyə qaldırsınlar.

Erməni işğalında olan bir rayona rəhbərlik edən məmur bayraq və torpaq uğrunda canından keçmiş insanlardan fərqli olaraq, bayrağın mənəvi anlamını dərk etmir.

Çünki A.Nəzərlinin hərbi xidmətdə olmadığı söylənir. Əsgərlik keçməmiş icra başçısı üçün bayrağın yerlərdə sürünməsi əhəmiyyətsiz haldır.

Və yeri gəlmişkən, onun yaxın qohumu olan “Güləbirdli Vaqif” kimi tanınan Vaqif Cabbarov vətənə xəyanət, casusluq ittihamı ilə həbs edilib. Belə bir qohumu olan məmurun bayrağa münasibəti təsadüfi deyil.

A.Nəzərli həmin məmurdur ki, Ümummilli liderin hakimiyyətə xalqın təkidi ilə qayıdışını Elçibəy iqtidarını tam ələ keçirmək kimi təqdim edir.

Məhz günah da bu əməllərin sahibi olan məmurları prezidentə təqdim edərək yaxşı kadr olduğuna inandıranlardır.

A.Nəzərli isə yaxın çevrəsində şəstlə bəyan edir ki, onun hesabat verdiyi şəxs Sumqayıtın meri Zakir Fərəcovdur və ona arxayındır. Ona görə də hansı qanunu pozursa, narahat olmur, çəkinmir.

Hətta yerlərdə sürünən bayrağı da göylərə qaldırmaq üçün “tükünü tərpətmir”. Prezidentin komandasında bu məmurlara yer olmamalıdır.

A.Nəzərli Azərbaycan hakimiyyətinə hər həftə bir problem yaradır, hər həftə bir narazılıq yaradır. Laçınlı köçkünlər onun əlindən dad eləyirlər.

Sosial şəbəkələrdə, mətbuatda icra başçısından “n” qədər şikayətlər var. Hətta həmim məmurdur ki, iş istəyən məktəblini məhkəməyə vermişdi.

Tezliklə Laçına yeni rəhbər göndərilməsinə ehtiyac var.

Seçkilərdən sonra dəyişikliklərdən biri də bu rayonun icra hakimiyyəti başçısı postunda gözlənilir. Laçınlılar da böyük intizarla dövlət başçısının sərəncamını gözləyirlər.

Laçın rayon icra hakimiyyəti başçısı Aqil Nəzərlinin məcburi köçkünlərin başına açmadığı oyun qalmayıb. İşğal edilmiş rayonlarımızın icra başçıları arasında ən çox şikayət A.Nəzərlidən gəlməkdədir.

Prezidentin etimadını doğrultmayan A.Nəzərli bu posta yeni təyin olunsa da, camaata etmədiyi pislik qalmayıb. A.Nəzərli isə arxasının güclü olduğunu deməklə heç kəsdən qorxmadığına arxayındır.

Digər bir tərəfdən, Aqil Nəzərli rayonu idarə edə bilmədiyi üçün bütün səlahiyyətlərini qardaşı Nəzərli Müqabilə həvalə edib.

Bu şəxs rayonda şıdırğı kadr alverinə start verib. Vəziyyət o həddə çatıb ki, vəzifələrə qəbul olunacaq adamların təhsili və bacarığı nəzərə alınmır.

Yalnız maddi imkanları geniş olan insanlar vəzifə başına gətirilir. Vəziyyət o həddə çatıb ki, saxta diplomlu icra başçısı narazı vətəndaşları sosial şəbəkələrdə şantaj etdirir.

Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür.

FİA.Az
Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür - Rəzalət/Foto
Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür - Rəzalət/Foto
Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür - Rəzalət/Foto
Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür - Rəzalət/Foto
Bayrağımız yerdə sürünür, Laçının icra başçısı ayağının altını görmür - Rəzalət/Foto

Şərhlər

XƏBƏR LENTİ