SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan RMX qapılarının zəncirlə bağlanması əmrini verən Əli Məmmədovdan Prezidentə kollektiv şikayət

Beyləqan RMX qapılarının zəncirlə bağlanması əmrini verən Əli Məmmədovdan Prezidentə kollektiv şikayət

Tarix:

5-04-2018, 14:31

/ 2 207 dəfə oxundu.
Beyləqan RMX qapılarının zəncirlə bağlanması əmrini verən Əli Məmmədovdan Prezidentə kollektiv şikayət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Azərbaycan RespublikasınınBirinci vitse-prezidenti əziz və hörmətli Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili(OMBUDSMAN) xanım Elmira Süleymanovaya
Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədova
Surəti: Azərbaycan Respublikasının Baş Prokurorur I müavini cənab Rüstəm Usubova
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova
Vətəndaşlar: Qasımov Vüqar Vaqif oğlu və Məmmədova Nuranə Mübariz qızı tərəfindən.
Ünvan: AZ-1200, Beyləqan şəhəri, R.Axundov küçəsi, ev 25.


K o l l e k t i v Ş i k a y ə t

Dövlət əleyhinə və Prezidentimiz cənab İlham Əliyevə qarşı fəaliyyət görsədənlərə Allah lənət eləsin.

Yazıb Sizin nəzərinizə çatdırıram ki, biz Sizə həmişə olduğu kimi, Sizin əziyyətlə yürütdüyünüz dövlətimizin parlaq gələcəyi olan siyasətinizi daima dəstəkləyirik və Sizə səs verəcəyik.
Təəsüflər olsun ki, Səhiyyə nazirliyində baş verən özbaşınalıq və qanun pozuntusu biz vətəndaşları Prezident seçkiləri ərəfəsində dövlətdən narazı salmağa çalışırlar.
04.04.2018-ci il tarixdə, gecə saat təxminən 01:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yüksək təzyiqlə yaşlı vətəndaş Nəsirov İsmayılı gətirərərkək növbədə olan tibbacısı zəncirlə qapını bağlamış və uzun sürən xahişlərdən sonra otaqdan çıxaraq biz vətəndaşa bildirmişdir ki, -“baş həkim Əli tapşırıb ki, vətəndaş ölsədə belə qəbul etməyin. Əgər müraciət edən xəsdə vətəndaş xəstəxanadan getmirsə DİN 102 xidmətinə zəng edin onları həbs etsinlər”. Tibb bacısının adını və soyadını dəfələrlə soruşsaqda gizlədərək deməmişdir.
Tibb bacısının dediyinə görə guya AR DİN cənab Ramil Usubov Beyləqan MRX-nın baş həkimi Əli Məmmədova xüsusi tapşırıq verib ki, gecə saatlarında müraciət edən xəstə vətəndaşları qəbul etmədən həbsə salın. Biz təbii ki buna inanmırıq. Mən dərhal bu barədə AR DİN 102 xidmətinə məlumat verdim.
Səhiyyə nazirliyi barədə şikayət etdiyimə görə, mən vətəndaşa və qohumlarınma qarşı təqib və təzyiqlər baş verdi.
Səhiyyə nazirliyin hüquq şöbəsinin məsul şəxsi Elxan adlı şəxsi arxa tarixlə, şəxsi qəbulla bağlı mənə məktub göndərərək artıq müddəti keçmiş, məktub gönrərərək mən vətəndaşı süründürür və vəzifəsindən sui-istifadə edir, məni canımdan bezdirib.

Bunu təsdiq edən bütün sübütlar vardır.

Elxan müəllimlə bağlı şikayət etdikdən sonra mənim qohumum olan azərbaycan qadını, Beyləqan şəhər sakini Məmmədova Nuranə Mübariz qızına qarşı 29.03.2018-ci il tarixdə, saat təxminən 15:00 radələrində Ankoloji xəstəxanasında həkim Elçin Mansurov Səhiyyə Nazirliyin hüquq şöbəsinin məsul şəxsi olan Elxan adlı şəxsin sifarişi ilə yalan olaraq şəxsi maraqlar güdərək saxta rəy verməklə, vətəndaşla nəzakətsiz davranmaqla,heç bir müəyinə etmədən, ona bildirmişdir ki, -“ Sən niyə bu dünyaya gəlmisən? Sən xərçəng xəstəliyinin qurbanına çevrilmisən”. Ankoloji xəstəxanasında həkim Elçin Mansurovun dediyinə görə ona bu cür ədəbsiz davranmağa və saxta rəy verməyinə Səhiyyə Nazirliyinin Hüquq Şöbəsinin Elxan adlı məsul şəxsi xüsusi göstəriş veribdir. Səbəbini isə Vüqar Qasımovun Elxan barəsində şikayət etməsi ilə əlaqələndirmişdir. Elçin Mansurov Səhiyyə Nazirliyin hüquq şöbəsinin məsul işçisi olan Elxan adlı şəxsin sifarişi ilə saxta rəy verməklə və azərbaycan qadının həyatını bi oyuncağa çevirərək, müayinədən keçirmədən yalan olaraq xərçəng xəstəliyi barədə saxta rəy vermiş.
Səhiyyə nazirliyin hüquq şöbəsinin məsul şəxsi Elxan adlı şəxsi məni məsələn ayın 5 qəbula çaırmaqla, məktubu gecikdirməklə, məktubu gec göndərmiş və bununlada müraciətimlə bağlı süründürməçiliyə yol verməklə məsələni örtbastır etməyə çalışır.
Elçin Mansurovun saxta rəyi və vətəndaşı müayinədən keçirmədən ədəbsiz rəftarı həmin vətəndaşın stres və az qala özünü intaharına gətirib çıxarmışdır. Elçin Mansurovun dediyinə görə Səhiyyə Nazirliyin hüquq şöbəsinin məsul şəxsin xüsusi sifarişi ilə mənim əsaslı şikayətimə görə mənim qohumuma təzyiq göstərərək təqib etmişdir. Halbu ki, dövlətimizin qanunlarına əsasən vətəndaşın ərizə və müraciətinə görə ərizəçiyə təzyiq göstərmək , onu təqib etmək qadağandır.
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna zidd hərəkət edən Prezident seçkiləri ərəfəsində biz vətəndaşları dövlətdən narazı salması məhz xaricdə fəaliyyət görsədən antiazərbaycan qüvvələrin bir mənalı niyyətləridir. Bu şəxslərin şəxsiyyəti və xaricdə mümkünəlaqələrinin yoxlanılmasın azərurət yaranmışdır.

Hörmətli cənab Prezident!

Səhiyyə nazirliyin hüquq şöbəsinin məsul şəxsi Elxan adlı şəxsi məni və qohumlarımı dövlətdən narazı salmağa məcbur edir. Bəlkədə bu şəxs və Elçin Mansurov xarici qüvvələrin sifarişi ilə dövlətimizə qarşı fəailiyyət göstərir. Təbii ki, bunu araşdırmaq aidiyyati nazirliklərin və dövlət orqanların səlahiyyətindədir.
Qeyd olunan məsələ ilə bağlı maddi sübutlar mövcuddur. Xahiş edirəm Prezident Administrasiyasında qəbul medəsiniz və bu şəxslərin qanunsuz dövlət əleyhinə yönəlmiş hərəkətlərinə tez bir zamanda hüquqi qiymət verəsiniz.
Xahiş edirəm, bu şəxslərin istifadəsində olan telefon danışıqlarının xaricdə mümükün əlaqələrinin yoxlanılması və eləcədə Prezident seçkiləri ərəfəsində yol verdikləri ciddi qanun pozuntularına qarşı ölçü götürəsiniz və əvəlcədən vaxtında rəsmi məlumatlandıraraq mənim iştirakımla araşdırma aparasınız.
Sizi and verirəm Ulu öndər Heydər Əliyevin ruhuna, Sizi and verirəm Prezidentimiz və azərbaycanın gələcəyi olan İlham Əliyev cənablarına və onun xanımı çox hörmətli əziz Mehriban Əliyevə ki, bu məsələni ciddi araşdırasınız və bu şəxslərə qarşı qanunla müvafiq ciddi tədbir görəsiniz.

İnanıram ki heç olmasa mənim bu ərizəm örtbastır edilməyəcək.

Hörmətlə,

Vətəndaş Qasımov Vüqar Vaqif oğlu,

Vətəndaş Məmmədova Nuranə Mübariz qızı

04.04.2018-ci il

Şərhlər

XƏBƏR LENTİ