Beyləqanda “Aptek Elburusun” seçki təxribatı-Məcburi köçkünlərin evləri uçurulur!!!
- 5-04-2018, 14:08
- 2 267
Bu günlərdə bir qurup məcburi köçkün ailəsi tərəfindən redaksiyamıza videomüraciət daxil olub. Beyləqan rayon, SMD-42 qəsəbəsində Yağ-pendir zavodu ərazisində məskunlaşıb yaşayan köçkünlər bildirirlər ki, Beyləqanda “Aptek Elburus” kimi tanınan şəxs onların məskunlaşıqları həyətə daxil olub çəpərlərini sökür, özlərini də zorla evlərindən çıxarırlar. Onlar həmin ərazidə öz vəsaitləri hesabına çiy kərpicdən ev tikib yaşayırlar. Lakin Elburus və onun qolu zorlu “quldur” dəstələri onların çəpərlərini sökür, evlərini başına uçururlar.
Köçkünlər bildirirlər ki, Elburusun köçkünlərə qarşı qanunsuz hərəkətlərinin arxasında xüsusu xitmət orqanında işləyən oğlu dayanıb. Elburus oğlunun xüsusi xitmət orqanında işləməsindən istifadə edərək, nəyin ki,məcburi köçkün ailələrinə, hətta yerli sakinlərə qarşı divan tutur.
Realmedia.az