SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » SİYƏZƏNDƏKİ ŞƏMSİ MƏDƏTOVA “DUR” DEYƏN TAPILACAQMI? – FAKTLAR

SİYƏZƏNDƏKİ ŞƏMSİ MƏDƏTOVA “DUR” DEYƏN TAPILACAQMI? – FAKTLAR

Tarix:

2-04-2018, 18:56

/ 2 146 dəfə oxundu.
SİYƏZƏNDƏKİ ŞƏMSİ MƏDƏTOVA “DUR” DEYƏN TAPILACAQMI? – FAKTLAR

Yerlərdə kiçik ranqlı məmurların sadə insanlara qarşı kobud münasibətinin zaman-zaman şahidi olmuşuq. Vətəndaşların incidilməsi, onlara qarşı aqressiv münasibət daha pik həddə çatıb. Amma bəzən bu hərəkətlərin davamı olaraq məmurların yaxın qohumlarının da adı çəkilir. Elə bir böyük vəzifə sahibi olmasa da məmur qohumu olduğu üçün ağalıq edir, at oynadır.
Daxil olan müraciətdə qeyd olunur ki, belə bir hal Siyəzən rayonu Kiçik Həmyə kəndində baş verir. Daha doğrusu, bu kənddə yaşayan Şəmsi Mədətov adlı şəxs nə istəyir onu da edir…
Kimdir Şəmsi Mədətov? Məmurdurmu, sahibkardırmı, yoxsa Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin işçisidirmi?

Bəlkə hansısa generalın qohumudur?

Bəlkə də kiminsə adından istifadə edir?

Şikayətdə qeyd olunur ki, Şəmsi Mədətov əli uzun adamdır. Uzun illər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində müxtəlif vəzifələrdə çalışıb.
Qurumun bir neçə rayonda məsul işçisi olub. İndi isə vəzifədən atılıb sıradan bir işçi olub.
Elə isə, insanlar məmur olmayan adamdan niyə şikayətçi düşüblər.
Bildirilir ki, Şəmsi Mədətovun iki oğlu və yeznəsi FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şimal Regional Mərkəzində (Siyəzən bölməsi) işləyir. Bildirilir ki, bu qohumlar işə getmir, bölmənin rəhbərini saya salmır. Bu azmış kimi, Mərkəzin (FHN) Chevrolet Niva avtomobili ilə kənddə qoyun otarırlar. Ən qəribəsi odur ki, Şimal Regional Mərkəzinin rəhbərliyi onlara güldən ağır söz deyə bilmirlər.
Daha bir maraqlı məqam isə Şəmsi Mədətovun Siyəzəndəki məcburi köçkünlərə qarşı mənfi münasibətlərinin artıq pik həddə çatmasədır. Kəndin ətrafında qoyun saxlayan məcburi köçkünlərə “siz buralı deyilsiz, gedin öz torpağınızda qoyununuzu otarın” deyib onları təhqir edən Mədətov səsini çıxaranı həbslə hədələyir. Bir sözlə hansısa məmura güvənən Şəmsi Mədətova dur deyən yoxdur.
Sakinlər aidiyyatı qurumlardan sözügedən şəxsin əməllərindən bezdiklərini bildirirlər. Aidiyyatı qurumlardan kömək istəyən məcburi köçkünlər Mədətovun əməllərindən prezident İlham Əliyevə şükayət etmək niyyətindədirlər…

Bizimxeber.az

Şərhlər

XƏBƏR LENTİ