XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İSMAYILLIDA ÜSYAN YENİDƏN TƏKRARLANA BİLƏR... - Şok Faktlar

İSMAYILLIDA ÜSYAN YENİDƏN TƏKRARLANA BİLƏR... - Şok Faktlar

İSMAYILLIDA ÜSYAN YENİDƏN TƏKRARLANA BİLƏR... - Şok Faktlar
27-03-2018, 09:55

Seçkiqabağı İsmayıllı dərsləri: Mirdaməd Sadıqovun “don”u necə açıldı?

Azərbaycan hakimiyyəti üçün İsmayıllı hadisələri böyük siyasi təcrübəydi. O olaylardan çıxan dərslər buydu ki, xarici dəstək və müxalifət olmadan da xalq üsyan edə bilirmiş.
Etirazçılar iki gün müqavimət göstəriblər, barrikalar qurublar, gecələr yatmayıblar, sadəcə üsyanın xaotik və taktikasız olması məğlubiyyətlə başa çatıb.
Artıq hadisələrdən 4 il ötür. Oliqarxiyanın qudurğanlığı az qala iqtidarın başına bəla açacaqdı. Özü də seçki ilində. Bəzi analitiklərin fikrincə, Rusiyanın İsmayıllı hadisələrində barmağı olub.
Lakin qudurmuş məmur oliqarxiyası - Füzuli Ələkbərov, oğlu Vüqar Ələkbərov və qardaşı Nizami Ələkbərov etirazların baiskarlarıydı, hətta əyalətlərə zəncirvari yayılması təhlükəsi var idi.
*
Siam.Az xəbər verir ki, Ələkbərovların vəzifədən uzaqlaşdırılması və süqutu ilə heç də problemlər həllini tapmamışdı.
Hakimiyyət bu bölgəyə mütləq şəkildə köklü əl gəzdirməli, əhalinin şikayət və narazılıqlarını dinləməli idi.
Bunun üçün İsmayıllıya xalqla işləməyi bacaran rəhbər gətirilməliydi. Ona görə də prezidentin sərəncamı ilə Mirdaməd Sadıqov icra başçısı təyin olundu.
Əvvəla M.Sadıqov yerli adamıydı, əslən lahıclıdır, camaatla dil tapa bilərdi, ikincisi iqtisadçıdır, adı korrupsiya və maxinasiyalarda hallanmamışdı.
Hakimiyyət güman edirdi ki, belə reputasiyaya malik kadrı İsmayıllıdakı məlum hadisələrdən sonra icra başçısı postuna gətirmək olar.
Elə M.Sadıqov da ilk aylarda göz oxşamağa başladı: sakinlərlə görüşlər, şəhər əhalisi ilə qaynayıb-qarışmaq, mərkəzdə avtomobilsiz hərəkət etmək, vətəndaşların qəbulu, tapşırıq və göstərişlər...

M.Sadıqovun kosmetik siyasəti tədricən “sabun köpüyü”nə çevrildi

İcra başçısının “islahatçı don”u açıldı və...tezliklə fəaliyyətinin qaranlıq tərəfləri, vətəndaşlara münasibətdəki etinasızlıq, büdcə xərclərinin qeyri-şəffaf idarəçiliyi, rayonun abadlaşdırılması, sosial problemlərinin həlli istiqamətində görülən işlərin şablonluğu üzə çıxdı.
Beləliklə, M.Sadıqov nazik göl üstündəki buzun qırılmasından bərk narahat olmağa başladı. Axı yuxarılar ona etimad göstərmişdi?!
Buna qədər icra hakimi mediada öz piarını aparırdı, mətbuatı rayona dəvət edərək gördüyü işlərdən ağızdolusu danışırdı, siyasi hakimiyyətin nəzərinə çatdırırdı ki, düzgün qərar veriblər və Ələkbərovlardan sonra İsmayıllını dirçəldir.
Amma bu yalan statistika və bəzək-düzəkli, dekorativ təqdimat bir günün içində elə dağıldı ki...
Demə, sakinlərin Ələkbərovlardan qalma problemləri getdikcə daha da pisləşir, büdəcəyə ayrılan vəsaitlər mənimsənilir, Sadıqovun şirkətləri tenderlərdə qalib olaraq pulsilmə dəzgahı rolunu oynayır, başçının adı brilyant biznesinə qədər hallanır və s. ilaxır...
Siyasi rəhbərliyi peşman edən M.Sadıqov dünənə kimi onun təbliğatını aparan mətbuatı barəsində ifşaedici faktları ortaya çıxarmasına görə düşmən elan etməyə, qərəzli adlandırmağa başladı.
Hətta ondan ardıcıl olaraq tənqid yazan və rayonda gedən işləri açıb-ağardan jurnalist də hədəfə tuş gələrək həbs olundu. Yəni, nə Ələkbərovların dövründə, nə indi başqa rayonda jurnalist həbs edilməyib.
M.Sadıqov isə gələr-gəlməz haqqında bu qədər tərifli yazıların çap olunmasına rəğmən, tənqidi mediaya dözümlülük nümayiş etdirə bilmədi.
M.Sadıqovun əvvəlki imici və reputasiyası qalmayıb. İsmayıllı camaatı çox narazıdır, şikayətlər yuxarılara dosye şəklində çatdırılır.
Hakimiyyət bu regiona qarşı olduqca həssasdır və hansısa xoşagəlməz hadisənin seçkiqabağı yenə də yaşanmasını istəmir. Amma icra başçısı da fəaliyyət profilini dəyişmir. Məsələn, “İsmayıllı Tikinti-27” ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır. Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.
Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub.
Həmçinin Sadıqovun sevimli «icraçı»ları arasında «Ağçay-48» və «ÜlviMİ» adlı MMC-lərin də adı çəkilir.
*
Bu günlərdə İsmayıllının icra başçısı Mirdaməd Sadıqov KECƏN İLDƏ görülən işlərin hamısını öz adına çıxarıb.
M.Sadıqov bəyan edib ki, bazar yaxınlığında saat meydanı ətrafında vaxtilə köhnə və primitiv üslubda inşa edilmiş dəmirçi sexləri və digər obyektlərin köçürülməsi üçün şəhərin baş planına uyğun olaraq müasir obyektlərin tikintisi davam etdirilib. RİH başçısı bu işi anaoqsuz inkişaf və abadlıq kimi az qala təqdim edib.
İcra hakiminin sözlərinə görə, çoxmənzilli binaların həyətyanı sahələri abadlaşdırılır, hər bir bloka giriş qapısı qoyulur. Pilləkən qəfəsləri təmir olunur, fasad üzlükləri təzələnir, dam örtükləri dəyişdirilir.
Halbuki, bu işlər həyata keçirilmir və heç də İsmayıllını tam əhatə etmir. Əvəzində isə büdcədən bu işlərə ayrılan maliyyənin şəffaf xərclənməsində şübhələr var.
İsmayıllı rayon rəhbəri qeyd edib ki, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunu təmin etmək məqsədli işlər reallaşıb.
Hərçənd ki, İsmayıllı əhalisi Rusiya bazarlarına axışmala çörək pulu qazanır. Üstəlik, Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, şəhərin M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, Heydər Əliyev prospektində 5 mərtəbəli 4 ulduzlu otelin, Tircan kəndi yaxınlığında “Bədo istirahət, müalicə və sanatoriya mərkəzi”nin tikintisi davam etdirilməsi haqda informasiya verilib.
İcra başçısının bu işləri RİH-nin adına açıqlamasının məntiqini anlamaq çətindir. Çünki sözügedən tikintilərin ayrı-ayrı şirkətlər, kommersiya qurumları tərəfindən reallaşmasının RİH-nə aidiyyatı yoxdur.
Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 3000 ton tutumu olan soyuducu kameranın tikintisi başa çatdırılıb.
İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən 170 nəfər toxucu işləyəcək Xalçaçılıq müəssisəsinin tikintisi başa çatıb. Amma rayonda işsizlik ən yüksək səviyyədə qalmaqdadır.
İsmayıllı “9 №-li Yol İstismarı” MMC tərəfindən 2017-cilin yanvar-sentyabr aylarında 810,8 min manatlıq təmir işləri yerinə yetirilmiş, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılıb. Amma yollar bərbad gündədir. Pullar havaya sovrulub.
KİCİK BİR HAŞİYƏ:
Aldıgımız ilginc məlumata görə rayonda istimai-siyasi vəziyyət hec də yetərli vəziyyətdə deyil. Yoxsulluq və işsizlik ismayıllıları bogaza yigıb. 4 İL BUNDAN ƏVVƏLKİ USYAN YENİDƏN TƏKRARLANA BİLƏR. Kimlərsə buna cəht etməyə calişsalar da İH başcısı bundan xəbər tutub və gecəykən təhlükənin qarşısını ala bilib. Bu işinə görə Mirdamət müəllimə "əhsən" deyirik. Ancaq cox təəssüf ki, bunun sabahı da var...

Azerinfo.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.