Elmar Vəliyev ticarət mərkəzinə görə tarixi binaları sökdürdü - FOTOLAR
Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev "Ganja Mall” ticarət mərkəzinə görə, tarixi binaları sökdürdü.
Ərazidə yaşayan sakinlərverdikləri məlumata görə, Gəncənin tarixi küçəsi sayılan Cavad Xan(keçmiş Sabir) küçəsində yerləşən 100 ildən artıq yaşı olan tarixi binalar sökülüb.
Yerində isə "Ganja Mall” ticarət mərkəzi və sözügedən ərazidə yerləşən otel üçün parkinq salınacaq.
Ərazidə yaşayan sakinlər buna etiraz etmələrinə baxmayaraq, bu gün küçədə yerləşən binaların söküntüsü reallaşıb.
Məsələ ilə bağlı Unikal.org-a Gəncə şəhər İcra Hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədov binaların sökülmə faktını təsdiqləyib.
O söküntünün səbəbini belə izah edib:
"Ərazidə müasir "Ganja Mall” ticarət mərkəzi və otel tikilib. Bunların ətrafında olan, istismara yararsız köhnə binalar isə sökülüb, yerində müasir obyektlərin tikilməsi nəzərdə tutulur”



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...