Sabirabad Meliorasiya İdarəsinin rəisinə 20 min manat borc ittihamı (ŞİKAYƏT)
Sabirabad rayon Meliorasiya İdarəsinin rəisi Şafik Heydərov Nəsibə Məmmədovadan aldığı 20 min manat borcu qaytarmır.
Bu barədə Füzuli rayonundan qaçqın düşən Nəsibə Məmmədova verdiyi açıqlamada bildirdi ki, Şafik Heydərov borcu ötən ilin sentyabr ayında alıb: “Mənə dedi ki, Bakıdan İdarəyə yoxlama gəlib. Onarı yola salmaq üçün pula ehtiyacı var. Mən də bu məbləği verdim. İndi isə borcumu ondan ala bilmirəm. Zənglərimə cavab vermir”.
Şikayətçi qeyd edir ki, idarə müdirinin borcu qaytarmamasına görə Polis Şöbəsinə müraciət edib: “Bundan sonra Şafik Heydərov yaxın qohumu olan və idarədə işləyən Hafiz adlı şəxsi yanıma göndərərək, mənə 12 min manat vermək istədi. Bununla da borcun bağlanacağını deyib. Buna razılaşmadım”.
Şafik Heydərov isə verdiyi açıqlamada Nəsibə Məmmədovanı tanıdığını bildirməklə yanaşı borc barədə deyilənləri əsassız adlandırdı. İdarə müduri Hafiz adlı şəxsin Nəsibə Məmmədovaya 12 min manat vermək istəməsi məsələsi barədə isə qeyd etdi ki, bunlar hamısı şər və böhtandır: “Hafiz Nəsibə Məmmədovanın ona böhtan atması ilə bağlı Sabirabad rayon Polis Şöbəsinə şikayət edib”.
Tendensiya.com


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...