Əbülfəs Qarayevin Gəncədəki kadrı nazirin reputasiyasını necə zədələdi?
Mədəniyyət və turizm naziri Gəncə Musiqi Kollecinin direktor vəzifəsinə təyinatda özünü “yandırdı”; Əbülfəs Qarayevin təyin etdiyi kadr iki gün keçmədi ki, rüşvətlə yaxalandı...
Əldə etdiyimiz məlumata görə, nazir bu əməliyyatı özünə qarşı qurulmuş plan kimi qiymətləndirsə də, faktiki olaraq prokurorluq tələbələrin şikayəti əsasında araşdırma aparıb rüşvətxoru ifşa edib.
Ə.Qarayevin hansısa şifrəli kodlar axtarmaqdansa, kadr seçimində hansı səhvə yol verdiyini analiz etməsi daha düzgün olardı. Kollecin direktoru Gülçin Mirzəyeva isə susmağa üstünlük verir.
Nazirin kadr seçimi rüsvayçılıqla müşayiət edildi. Ə.Qarayevin gətirdiyi direktor bir həftə səbr etmədi ki, kreslosunda möhkəmlənsin, sonra rüşvət yığımına başlasın.
G.Mirzəyeva direktorluğa gələr-gəlməz dəftəri açıb, haqq-hesab tələb etməyə başlayıb. Prokurorluğun keçirdiyi əməliyyat nazirin reputasiyasını yerə vurdu. Hər halda vəzifəyə təyinat qərarı verəndə kadra baxmaq lazımdır.
Məlumata görə, nazir baş verənləri özünə qarşı qurulmuş tamaşa hesab edir.
Ə.Qarayev kollecə onun adamının direktor təyin edilməsinə hansısa qüvvələrin qarşı çıxdığını təsbit edib. Hətta bu məsələdə yerli məmurların barmağının olmasına şübhələr var.
G.Mirzəyeva barəsində bir müddət əvvəl cinayət işi açılıb. Nazir isə ağına-bozuna baxmadan istintaqa cəlb olunmuş şəxsi direktor təyin edib. Bu da özlüyündə Ə.Qarayevin bərbad kadr siyasətinin göstəricisidir.
“Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm”.
Bu sözləri gununsesi.info-ya G.Mirzəyeva söyləyib. Məhz bu təyinatın açıqlanmasından bir neçə saat sonra Baş Prokurorluq Gülçin Mirzəyeva barəsində rüşvət və korrupsiya ittihamlarını əks etdirən sensasion açıqlama və video görüntülər yayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...