SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İlk öncə əsgər anası və müəllimə Cəlilabad təhsil ocağında təqib edilir... Elminaz Nadirovanın rüşvət burulğanı / VİDEO

İlk öncə əsgər anası və müəllimə Cəlilabad təhsil ocağında təqib edilir... Elminaz Nadirovanın rüşvət burulğanı / VİDEO

Tarix:

5-03-2018, 00:37

/ 2 334 dəfə oxundu.
İlk öncə əsgər anası və müəllimə Cəlilabad təhsil ocağında təqib edilir... Elminaz Nadirovanın rüşvət burulğanı / VİDEO

Cəlilabad təhsilində baş verən qanun pozuntuları azmış kimi, bu günlərdə sosial şəbəkələrdə yayılan və dərhal yığışdırılmasına nail olunan ciddi bir məsələyə toxunmaq məcburiyyətində qaldıq. Elminaz Nadirovanın Cəlilabad təhsilini viran qoyması ilə dəfələrlə media qurumlarında silsilə yazılar dərc edilmişdir. Həm media həmdə Cəlilabad rayon təhsil işçilərinin haqqı şikayətləridə subut edir ki, təhsil bazar prinsiplərinə ilə idarə edilir. Gözünün nurunu tökərək gəcliyin yetişməsinə səy göstərən ali təhsili müəllimlərin məvaciblərinə əl qoyulur könüllü vermədikdə isə təhdid, şantajlara məruz qalmaqdadır.
Sosial şəbəkələrdən silinmədən götürməyə nail olduğumuz görüntülərdə isə içlər acısı taleyindən danışan müəllim və ilk növbədə əsgər anasının fəryadı ürəklər dağlamaqdadır. Vətənin bu ağrılı günlərinə təsadüf edən görüntülər həqiqətəndə əsgər anasının təqib edilməsi əsgər ailəsinin bu qədər sıxıntılara salınması yol verilməzdir. Cəlilabad rayon Zopun kənd Elçin Qasımov adına tam orta məktəbin direktoru Mais Məmmədov tərəfindən 20 min manat təzminat iddiası ilə məhkəməyə verilən əsgər anası çıxılmaz durumdadır. Həm şərlənir həm də maddi durumu pisləşdirilməkdədir. Başına gələnləri ürək ağrısı ilə danışan ZOPUN kənt tam orta məktəbin 20 illik müəlliməsi əsgər anası Vəfa Nəzərova baş verəın hadisələri bircə-bircə kameralara danışır. Sanki kimdənsə qorxur və onun səsinin kəsilməsi üçün nəsə edəcəklərindən ehtiyyat edərək cümləsini belə deməkdə çətinlik çəkir. Hansı tərzdə V.Nəzərovaya dağ çəkilibsə əsgər anası həyəcandan əl ayağının əsdiyi hər hallından bəli olurdu.
V.Nəzərova direktor tərəfində iki aylıq əməkhaqqının verilmədiyini hətta məvacibindən aylıq ona haqq ödəməsi tələbinə boyun əymədiyi üçün yanında qalan övladının direktor tərəfindən polis orqanlarına şərlənərək verildiyini bildirir. RTŞ xanım müdirəsi isə rayonun təhsilini idarə etdiyini düşünərək əsgər anasına zülm edilməsinə göz yumaqdadır. Zopun kənd məktəbinin direktoru qanunla qadağan edilmiş yaxın qohumları vəzifədə işlədiyi müəssisədə işləyə bilməməsi ilə bağlı maddəni görünür oxumamaqda israrlıdır. Elə ona görə olacaq ki, saxta yollarla öz həyat yoldaşı S.Hüseynovanı direktoru olduğu məktəbə kitabxanaçı vəzifəsinə təyin edib. Bu azmış kimi saxta diplomlu Şəhla adlı müəlliməyə əsgər anası olan Vəfanın dərs saatlarını kəsib verməklə ondan artıq qazanc əldə edir. Göründüyü qədər RTŞ fəaliyyətsizliyini paytaxtdan gələn jurnalistin kamerası üzə çıxarıb. RTŞ tərkibində olan məktəblərin davamiyyətini izləyə bilməməsi məsələsi yalan olardı əgər Elminaz Nadirovanın bu məktəbdə baş verənlərdən xəbərsiz olduğunu iddia edirsə o zaman sual olunur ölü canlar hardan yaranıb. Bakıda yaşayan qızlar niyə məhs Zopun kənd tam orta məktəbində adları davamiyyətli şagirdlər siyahısında yer almaqdadır. Neçə müddətdir ki bu məktəb yoxlamalardan qıraqda qalıb sualı yaranır. Bu cür hallar nəyinki Zopun kəndində Cəlilabadın istənilən məktəbində bu cür qanun pozuntuları qeydə almaq mümkündür ki bunada məhz Elminaz Nadirovanın rəhbərliyi dönəmində cərəyan etməkdədir.
Əldə etdiyimiz məlumatda Hülya və Aytac adlı qızların bakı şəhərində repititor yanına getdikləri amma adlarının Zopun kənd tam orta məktəbdə qeyri-qanuni şagirdlər sırasında adları qeyd edilir. Dərs saatlarında Bakı şəhərində olan Hülya və Aytacın eyni zaman kəsiyində Zopun kəndində olması necə baş verir...?
Elminaz Nadirovanın bu yolla dövlət büdcəsinə aylıq vurduğu zərər və eyni halda qanun pozuntusuna yol verilməsi üçün əldə etdikləri rüşvət və bunun bir neçə şəxslə təkrarlığa yol verilməsi halları ilə davam etmələri artıq bu şəxslərin qrup halında hərəkət etdiklərinə dəlalət etməkdədir. Məsələ ilə bağlı tez bir zamanda Cəlilabad rayon Rrokrorluğu və təhsil nazirliyinə edəcəyimiz müraciə əsasında cavab tapmağa çalışacağıq.
Mövzu diqqətimizdədir.

Bakunews.az

İlk öncə əsgər anası və müəllimə Cəlilabad təhsil ocağında təqib edilir... Elminaz Nadirovanın rüşvət burulğanı / VİDEO
İlk öncə əsgər anası və müəllimə Cəlilabad təhsil ocağında təqib edilir... Elminaz Nadirovanın rüşvət burulğanı / VİDEO

Şərhlər

XƏBƏR LENTİ