SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kapitalbankın İmişli rayon şöbəsində nə baş verir

Kapitalbankın İmişli rayon şöbəsində nə baş verir

Tarix:

2-03-2018, 11:54

/ 2 908 dəfə oxundu.
Kapitalbankın İmişli rayon şöbəsində nə baş verir

Kapitalbankın İmişli filialının müdiri Anar Mustafayevin isə günlük iş rejimi əsasən telefonla danışmaqla məhdudlaşır. Filialın hər hansı əməkdaşının və ya konkret şöbə müdiri Səyyad Əliyevin hərəkətləri ilə bağlı müraciət etmək istəyən müştərilərə isə mütəmadi olaraq yalnız bir cümlə ilə cavab verir: “sən çox səbirsiz adamsan, görmürsən telefonla danışıram?”.
Bank sektorunun son bir neçə ildə üzləşdiyi ciddi problemlər konteksində Kapitalbankın ön plana keçməsi, deyəsən bu təsisatı özünəgüvəndən daha çox, özünə vurğunluq mərhələsinə keçirib. Hər halda bəzi yerli filiallarla bağlı daxil olan məlumatlar bu qənaətin yaranmasına əsas verir. Ötən gün İmişlidəki mənbədən daxil olan məlumatda bankın İmişli rayon filialına müraciət edən sakinlərlə kobud rəftar edildiyi bildirilirdi.
Belə rəftara əsasən filialın əməliyyt şöbəsinin müdiri Səyyad Əliyev tərəfindən daha tez – tez yol verildiyini qeyd edən mənbə, əlavə olaraq bildirdi ki, hətta rəhbərlik bu şəxsə kobud rəftarla bağlı hər hansı xəbərdarlıq edə bilmir. Mənbənin bildirdiyinə görə filialda kimsə şöbə müdirinn hərəkətlərinə etiraza cəhd etdikdə, özünü Mərkəzi Ofisin adamı kimi təqdim edən Səyyad Əliyev, “məni bura sizə nəzarət etmək üçün təyin ediblər” – deyir. Məlumatı verən mənbə əlavə olaraq qeyd etdi ki, Kapitalbankın İmişli filialının müdiri Anar Mustafayevin isə günlük iş rejimi əsasən telefonla danışmaqla məhdudlaşır.
Filialın hər hansı əməkdaşının və ya konkret şöbə müdiri Səyyad Əliyevin hərəkətləri ilə bağlı müraciət etmək istəyən müştərilərə isə mütəmadi olaraq yalnız bir cümlə ilə cavab verir: “sən çox səbirsiz adamsan, görmürsən telefonla danışıram?”. Göründüyü kimi Kapitalbankın İmişli rayon filialında heç də ürəkaçan situatsiya yoxdur. Hər halda rayondakı mənbə bunu iddia edir. Onu da qeyd edək ki, bankın məhz İmişli rayon filialı ilə bağlı redaksiyaya edilən müraciət ilk deyil.
Büdcə təşkilatlarının rayonda fəaliyyət göstərən əməkdaşlarına kredit verilməsi üçün paylanan bildirişlərdən sonra banka müraciət edənlərə çeşidli bəhanələrlə rədd cavabı verilməsi artıq adi, hətta normal belə qarşılanır. Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, Kapitalbankın İmişli rayon filialında pensiya kartını almaq üçün hətta I qrup əlilin filiala gəlməsini tələb edən əməkdaşlar, nədənsə filialın əməliyyat şöbəsinin müdiri Səyyad Əliyevin dostları üçün bu tələbi irəli sürmürlər.
Mövzuya qayıdacağıq.

Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az

Şərhlər

XƏBƏR LENTİ