Lerikin icra başçısı hara baxır ki... - VİDEO
Lənkəran-Lerik yolunun bir neçə hissəsində sürüşmə təhlükəsi meydana çıxıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, Lənkəran-Lerik yolunda torpaq sürüşməsi halları tez-tez baş verir.
Sözügedən yolda, hətta quraq havalarda belə, torpaq qatının və daşların töküldüyünü görmək olar. Ərazidə yağışlı-qarlı havalarda torpaq sürüşməsi daha tez-tez olur. Yolun hərəkət hissəsinə dağlardan gələn torpaq, gil, daş, hətta qaya parçaları tökülür. Nəticədə də hər iki istiqamətdə hərəkət edən avtomobillər üçün çətinliklər yaranır.
Yerli sakinlərin dediklərinə görə, bu hallar yay aylarına kimi davam edir. Sürücülər ərazidə avtomobillərini ehtiyyatla idarə etdiklərini deyirlər. Sürüşmə baş verən zamanlarda isə saatlarla yolun təmizlənərək açılmasını gözləyirlər.
Hazırda yolun bir neçə hissəsində torpaq sürüşməsini müşahidə etmək olur. Qış mövsümü olduğundan vəziyyət daha təhlükəli hal almağa başlayıb. Yağışların intensivləşərsə və qar yağarsa, torpaq şürüşməsinin daha da aktivləşməsi ehtimalı var və sakinlər də bundan narahatdırlar.
Məlumat üçün bildirək ki, Lənkəran-Lerik yolu iki rayonu birləşdirən yeganə magistral yoldur. Mütəmadi olaraq aidiyyatı qurumların əməkdaşları tərəfindən yolun təmizlənilməsi işləri görülsə də, güclü yağış və qar yağan zaman sürüşmə yenidən aktivləşir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək