Alimpaşa Məmmədov məmurlara blinçik yedirdi, 3-5 min manatlıq "hesab" yolladı
Fazil Məmmədovun vergilər naziri olduğu dövrdə quberniyasına daxil olan Şəmkirdə "yığım” planı hazırlanıb. Bir zamanlar sabiq nazirin rəhbərliyi altında çalışmış, onun "xeyir-duası” ilə Şəmkir İcra Hakimiyyətinin başçısı postuna gətirilən Alimpaşa Məmmədov yeni ilin ilk iş həftəsində rayondakı idarə və təşkilatların müdirlərinə xəbər yollayıb.
Onlardan rayonda görüləcək işlər və yeni il ərəfəsi keçirilən bayram tədbirinin xərclərinin qarşılanması üçün dəstək istəyib. İddaya görə Şəmkirdəki idarə və təşkilatların rəhbərlərindən 3-5 min manat arası pul tələb olunur.
Bayram şənliyi isə "Gold Qafqaz” restoranında keçirilib. İştirakçılar deyiblər ki, restorandan düzənlənən bayram tədbirində yedikləri blinçikə görə onlardan sonradan böyük məbləğlər istəniləcəyini heç düşünməyiblər.
Bundan başqa bələdiyyələrə də icra başçısı tərəfindən tapşırıq verilib ki, Şəmkir ərazisindəki kənd və qəsəbələrdə zəbt olunmuş torpaqların siyahılarını müəyyən etsinlər və təcili sənədləşdirilməsi üçün hərəkətə keçsinlər. Başçının bu göstərişinin icrasına nəzarət Fazil Məmmədovun kadrı hesab edilən Qüdrət Əliyev və Şəmkir İcra Hakimiyyətinidə şöbə müdiri Rasim Mustafayevə tapşırılıb. Torpaqların sənədləşdirilməsi isə torpaq sahiblərinə 2-3 mina manata başa gələcəyi də bildilir.
criminalaz.com



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...