SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO

İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO

Tarix:

8-01-2018, 12:02

/ 2 211 dəfə oxundu.
İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO

2017- ci ili ağır xərclərlə yola verən Şəmsəddin Xanbabayev böhrandan çıxış yollarını tapdı
Şəmsəddin Xanbabayev Xaşmazın icra başçısıdır. Əvvəllər Naxçıvanın baş naziri də olub. Buna görə də, zamanın nəbzini və təsərrüfatın dilini tuta bilən kadrlardan sayılır. Amma hər nə qədər təcrübəli adam olsa da, yeni idarəetmə texnologiyalarını eləcə də, alacaqlarını və verəcəklərini doğru hesablaya bilmədiyindən hər ilin son kvartalında kəskin maliyyə böhranı ilə üzləşir. Əvvəlki illərdən necə qurtulduğunu öyrənmək də olar, amma bu o qədər də əhəmiyyətli deyil. Çünki, bu ilin təcrübəsini keçmiş illərin təkmilləşdirilmiş təcrübəsi saymaq olar.
Şəmsəddin Xanbabayev 2017- ci ilin maliyyə böhranının onun şəxsi büdcəsinə vurduğu zərərləri zərərsizləşdirmək üçün Xaçmaz şəhərinin ictimai ünvanlarını satışa çıxarıb. Şəhərin Nərimanov küçəsindən başlayıb. Bu küçə boyu yolun hər iki tərəfində qocaman ağaclar vardı və bu ağaclar küçənin görünüşünə bir az əzəmət, bir az da yaraşıq qatırdı. Cənab Xanbabayev bu estetikanın babat pula gedəcəyini anlayaraq həmin xiyabanı xırda ticarət sektoruna satmaq qərarı verib. Həmin ağacların yerində, ağaclardan daha yaraşıqlı görünəcək ticarət köşkləri görünəcək.
İcra başçısı şəhərin Nərimanov küçəsi boyu ağacları kötüyündən qazıyıb çıxararaq yerli sahibkarla kvadratmetrlərlə satır. Hətta səkiləri də. Onsuz da benzin bahalaşdığından şəhərdə avtomobil istifadəçiləri, sosial vəziyyət ağırlaşdıqca Rusiyaya axın səbəbindən də əhali sürətlə azalır. Buna görə də icra başçısı qərara gəlib ki, avtomobillər və adamlar eyni hərəkət zolağından istifadə edə bilərlər. Buna görə də, başçı küçələrdəki ağacları və səkiləri ixtisara salır.
Buradaca, Xaçmnaz rayon icra hakimiyyətinin bir elanını reklam hüququ ilə dərc edirik:
«Xaçmazda biznes layihəsi həyata keçirən sahibkarların nəzərinə çatdırlır ki, Xaçmaz rayon icra hakimiyyəti şəhərin mərkəzi küçələrinin səkilərini ağaclardan təmizlənmiş halda satışa çıxarır. Hər kvadrat metrin qiyməti yerində razılaşdırlır».

İsmaric.az
İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO
İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO
İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO
İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO
İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO
İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO
İcra başçısı Xaçmazın bir hissəsini qapalı şatışa çıxarıb - FOTO

Şərhlər

XƏBƏR LENTİ