SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə BİABIRÇILIQ: 28 saylı məktəbdə şagirdlərdən elektirik piltəsi üçün pul yığılır

Gəncədə BİABIRÇILIQ: 28 saylı məktəbdə şagirdlərdən elektirik piltəsi üçün pul yığılır

Tarix:

12-12-2017, 09:51

/ 4 474 dəfə oxundu.
Gəncədə BİABIRÇILIQ: 28 saylı məktəbdə şagirdlərdən elektirik piltəsi üçün pul yığılır

Gəncə şəhər 28 saylı məktəbdə istilik sistemi yoxdur. Bu barədə bir qurup valideyn məlumat verib.
Onların iddialarına görə məktəb ümumiyyətlə yararsız haldadır. Bunlardan əlavə direktor İmran Tagıyev özünəməxsüs formada müəllimlərə bildirir ki, fond adından pul yığılsın və toplanan pulla elektirik piltələri alınsın. “Uzaq görən” direktorun təklifi müəllimləri bərk qəzəbləndirib. Valideynlər daha sonra bildirirlər ki, Gəncə şəhərində havanın tempraturu məktəbin daxili tempraturundan seçilmir. Havaların soyuq keçməsinə baxmayaraq məktəbdə heç bir istilikdən söhbət belə gedə bilməz.
Direktor İmran Tagıyevin və direktor müavini Ceyhun Məmmədovun otaqların hərəsində 3 elektrik piltəsı var. İstiliyin hərarəti o qədər yüksəlib ki, adı hallanan şəxslər pürrəngli çaydan içib xumarlanırlar. Məktəbin isə isə təlim-tərbiyəsi hər iki şəxsi maraqlandırmır. Müavin C. Məmmədov isə məktəbi gəlir mənbəyinə çevirib. Maraqlısı budur ki, İ. Tağıyev nə müəllim kollektivindən, nədə şagirdlərdən məlumatlıdır. Əgər məlumatlıdırsa nə üçün istilik sistemi ilə bağlı aidiyyətli qurumlara müraciət etmir? Lakin məktəbin dört tərəfi sahibkarlara satılıb. Maqazalar və digət ticarət obiyektləri kimin "dabrosundan" sonra inşa edildiyi isə məlum deyil.
Hətda məlumatlarda bildirilir ki, İ. Tağıyev maliyyə idarəsinin adından 30 manat yığaraq güya iş görənlər kimi özünü sübüt etməyə çalışır. Xatırladaq ki, keçmiş Təhsil naziri Mikayıl Cabbarov orta məktəblərdə pul yığma kompaniyasına nöqtə qoyduğunu bildirmişdir. Görünür, “MİKO” ləqəbli nazirimiz pərdənin arxa tərəfindən “işinizdə olun” əmri təsadüfü deyilmiş. Bu barədə ölkə merdiasında kifayət qədər məlumatlar dərc edilib. İndicə əldə etdiyimiz məlumatlara görə, Gəncə şəhər 28 saylı məktəbin direktoru İ.Tağıyevin şəhərin polis rəisi Faiq Şabanovun yeznəsidir.
Bizim vasitəsi ilə Gəncə şəhər 28 saylı məktəbin direktoru İ.Tağıyevin və müavin Ceyhun Məmmədovun nəzərinə çatdırmaq istəyirik ki, rəhbər olduğunuz təhsil ocağında vəziyyət heç də ürək açan deyil. Gələcəyimiz olan təhsilimiz onsuzda iflic vəziyyətdədir. Aydın məsələdir ki, sizləri ancaq gəlir düşündürür. Amma şagirdlərdən tələb etdiyiniz pul elektirik piltəsi üçün nəzərdə tutulubsa bu biabırçılıqdır.

Araşdırmalarımız davam edir.

Dosye.org

Şərhlər

XƏBƏR LENTİ