XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Fermer başçı Nizaməddin Quliyevdən narazılıq edir... - Müraciət

Fermer başçı Nizaməddin Quliyevdən narazılıq edir... - Müraciət

Fermer başçı Nizaməddin Quliyevdən narazılıq edir... - Müraciət
27-11-2017, 10:23

Daşkəsənli fermer, Gəncə şəhər sakini Akif Rzayev Prezident İlham Əliyevə ünvanlı müraciətinin bir surətini də bizim redaksiyaya təqdim etmişdir. Dünən redaksiyamızda olan A.Rzayev başına gətirilən müsibətlərdən əməkdaşımıza ətraflı danışdı:
-Mən 1992-ci ildən Sizə təqdim etdiyim bu özəlləşmə sənədləri və Dövlət Torpaq Komitəsinin, Əmlak Komitəsinin, Goranboy rayon İH-nin müvafiq sənədləri və sərəncamları ilə 3 min başdan çox qoyun-quzunun qışlaq sahəsini almışam. Hər il dövlət büdcəsinə 1500 manatdan çox torpağa dair icarə haqqı, Prezidentimiz cənab İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyi barədə göstərişlərinə rəğmən istehlak bazarlarına ucuz qiymətə ət və süd, yun və s. təhvil verirəm. Həmin qışlaq sahəsində özüm də başda olmaqla 4-5 ailə üzvlərimiz, 10 nəfərə yaxın isə çobanlarımız yaşayıb-işləyirlər, yayda isə yaylağa qalxırıq. Bu yaxınlarda isə bir də xəbər tutduq ki, bir neçə nəfər bizim qoyunçuluq fermasının yaxınlığına daş tökərək ferma tikmək istəyirlər. Dərhal aidiyyəti olaraq Goranboy rayon İcra Hakimiyyətinə getdim, başçının özü məni qəbul etmədi, lakin müavini bildirdi ki, bu məsələ bizlik deyil və s. Mən bütün sənədləri təqdim etsəm də heç bir səbəb bildirilmədi ki, mənim qışlaq sahəm əlimdə sənədlər ola-ola başqasına necə satıla bilər. Həmin əraziyə köçürüləcək çobanların yaxınlarından xəbər tutmdum ki, Goranboy rayonunun İcra başçısı Nizaməddin Quliyev külli miqdarda pul alaraq mənə məxsus torpaq sahəsini başqalarına satmışdır. Dünən noyabrın 22-də isə Dövlət Əmlak Komitəsində oldum, sənədlərimi təqdim etdim, bildirdilər ki, N.Quliyevin hərəkəti əsassızdır, amma yenə də ona rəsmi məktub göndəriləcək və məsələ aydınlaşdırılacaq. Noyabrın 27-də isə Prezident Administrasiyasında qəbula yazılmışam, inanıram ki, Goranboyun icra başçısı Nizaməddin Quliyevin bu qanunsuz və əsassız hərəkətinə aydınlıq gətiriləcək…
***
Şikayətçi fermer Akif Rzayev əməkdaşımıza geniş video müsahibə vermişdir. O, müsahibəsində Prezident İlham Əliyevə xitabən kömək istəyir.
Məsələyə aydınlıq gətirilməsi üçün Goranboy rayon İH başçısı Nizaməddin Quliyevin özü ilə əlaqə saxlamaq üçün dəfələrlə onun qəbul otağına zəng vursaq da, bizimlə calaşdırmadılar. Onun da məsələyə dair mövqeyini öyrənməyə çalışırıq…

tezadlar.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.