SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Palata Taleh Qaraşovu 15 dekabr ərəfəsində niyə “vurdu”?

Palata Taleh Qaraşovu 15 dekabr ərəfəsində niyə “vurdu”?

Tarix:

27-11-2017, 09:29

/ 1 889 dəfə oxundu.
Palata Taleh Qaraşovu 15 dekabr ərəfəsində niyə “vurdu”?

Hesablama Palatası 15 dekabr ərəfəsində Lənkəran Şəhər İcra Hakimiyyətinə ciddi zərbə vurdu
ŞİH-də aparılan yoxlamalar zaanı korrupsiya faktları aşkarlanması heç də icra başçısı Taleh Qaraşov üçün yerinə düşmədi.
Dekabrın 15-nə sayılı günlər qalır və bu tarixə qədər prezident İlham Əliyevə bütün icra hakimlərinin fəaliyyət arayışı təqdim olunmalıdır.
Dövlət başçısı müşavirələrin birində tələb edib ki, ona dosye verilsin. Belə bir ərəfədə Lənkəran icra başçısına zərbə vurulması onun vəziyyətini çətinləşdirib.
Palata müəyyən edib ki, 2013-2016-cı illərdə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən korrupsiya hallarına, yeyintiyə yol verilib.
13 məktəbin, 24 mənzilli yaşayış evinin, 2 uşaq bağçasının tikintisinə, 1 məktəbin əsaslı təmirinə, 15 ədəd 4 və 5 mərtəbəli yaşayış binasında bərpa-gücləndirmə işlərinin aparılmasına vəsait ayrılıb.
Habelə, Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun əsaslı təmirinə, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun, Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinə, Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun yenidən qurulmasına, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmirinə, Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işləri üzrə istifadə olunan ümumilikdə 6 1604,5 min manat vəsaiti əhatə edib.
Ancaq “Tikililərin əvəzsiz balansa verilməsi haqqında” sərəncamla Lənkəran Şəhər Təhsil Şöbəsinin balansına verilmiş 7 məktəb üzrə əsas fondların dəyəri az göstərilib.
Bir sıra məktəb binalarının tikintisində inşaat texnologiyasına əməl edilməyərək səmərəsiz xərcə yol verilib.
Həmçinin, İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Dövlət Qəbul Komissiyasının Aktında (“Tikinti obyektinin istismarına İcazə”) bəzi obyektlərin dəyəri göstərilməyib.
Lənkəran rayon, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi” (15,6 km) obyekti üzrə işlərin 2014-cü ildə başa çatmasına baxmayaraq, müvafiq qaydada istismara qəbulu təmin edilməyib.
Bu faktlar rəsmi şəkildə açıqlanıb və Palata T.Qaraşovu mənimsəmələrdə ittiham edib.
İcra başçısının 15 dekabr arayışının təmiz və qüsursuz şəkildə ölkə rəhbərliyinə təqdim olunması vacib idi.
Amma Palata tərəfindən “vurulan” Taleh Qaraşovun taleyi prezidentin öz səlahiyyətindədir. Yəni, onu vəzifədə saxlaya da bilər, azad eləyə də...
Ümumiyyətlə, lənkəranlılar icra başçısından çox narazıdırlar. Onlar üçün heç bir iş görülməyib.
Başqa rayonların rəhbərləri arasında vətəndaşları qəbul edən, problemlərini dinləyənlər var.
T.Qaraşov isə sakinlərlə görüşmür, şikayətlərini həll eləmir. Bu da Lənkəran kimi həssas zona üçün yaxşı hal deyil.
Lənkəran problemlər məngənəsində boğulur. Süleyman Mikayılovdan sonra Taleh Qaraşov da şəhər üçün hər hansı iş görmədi.
İcra başçısının işi barəsində mətbuatda gedən yazıları ört-basdır etmək, əməllərini gizlətmək olub. Halbuki bütün lənkəranlılar nələr baş verdiyini bilir.
Məlumata görə, Lənkəranda işsizlik, narkomaniya, idarələrdə özbaşınalıq hökm sürür. Əhalinin yol, kanalizasiya, sosial müavinətlərin verilməsindəki dərəbəylik və s. problemləri həllini tapmayıb.
T.Qaraşov vətəndaşların şikayətlərini də dinləmir. Hər hansı lənkəranlı problemi ilə bağlı icra başçısının qəbuluna düşə bilmir. Bəlkə də Qaraşov vətəndaşı qəbul etsə problemi qismən həllini tapar.
Amma ətrafındakı qüvvələr bu iyerarxiyanı yaradır və sakinlərin dərdini deməyə imkan vermir.
Adi bir misal- Lənkəranın yolları hələ də bərbad vəziyyətdən xilas olmayıb. Artıq mətbuatın yazmasına ehtiyac qalmır, Hesablama Palatası korrupsiyanın olduğu sübuta yetirib. Görünür ki, Qaraşovu yola salırlar...

Şərhlər

XƏBƏR LENTİ