SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Samir Şərifov sosial yardım puluna da tamah salıb - Sabirabaddan şikayət

Samir Şərifov sosial yardım puluna da tamah salıb - Sabirabaddan şikayət

Tarix:

14-02-2017, 18:11

/ 2 405 dəfə oxundu.
Samir Şərifov sosial yardım puluna da tamah salıb - Sabirabaddan şikayət

Ötən ilin sonlarından etibarən Sabirabad rayonunda ünvanlı sosial yardım alanların yardımları kəsilib. Rayondan daxil olan informasiyaya əsasən ünvanlı sosial yardım alanlarla bağlı olaraq bir sıra yeniliklər baş verib. Belə ki, rayondan redaksiyamıza müraciət edən oxucularımız yazırlar ki, yardım alanların çox cüzi bir hissəsi yardımlarını ala biliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsindən bildiriblər ki, ilkin mərhələdə elektron qaydada 2017-ci ilin yanvar ayından ünvanlı sosial yardım təyin edilənlərə yardımlar verilib. Lakin saytımızın əməkdaşlarının apardıqları araşdırmalar zamanı bəlli olub ki, əslində bu ödəmələr də bir neçə gün davam edib. Və ödəmələr elektron qaydada müraciət etmiş və ünvanlı sosial yardıpm təyin olunmuş bir neçə nəfər şəxsə verilib.
Bundan sonra isə ünvanlı sosial yardımı daimi olaraq, yəni aylardır alan adamlara veriləcəyinə dair vəd verilib. Rayondan aldığımız məlumata görə bu prosses sonradan dayanıb. Və hazırda faktiki olaraq Sabirabad rayonunda yanvar və fevral aylarının ünvanlı sosial yardımları verilməyib.

Sabirabad Rayon İcra Hakimiyyətindən saytımıza bildiriblər ki, həqiqətən də rayonda ünvanlı sosial yardımların verilməsi ilə bağlı problemlər yaşanır. Hər gün xeyli sayda insan rayon İcra Hakimiyyətinə müraciət edərək yardımlarını ala bilməmələrindən narazılıq edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsindən də saytımıza problemin mövcudluğunu etiraf ediblər. Fakt faktılığında qalır ki, rayonda ünvanlı sosial yardımlar verilmir. Maraqlıdır ki, ətraf Saatlı rayonunda və Şirvan şəhərində ünvanlı sosial yardımların verilməsi ilə bağlı olaraq heç bir problem yaşanmır.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, əslində ünvanlı sosial yardımların verilməsi ilə bağlı olaraq yaranmış problemin səbəbkarı Maliyyə Nazirliyidir. Maliyyə Nazirliyi müvafiq olaraq adıçəkilən nazirliyin hesabıfna köçürməli olduğu vəsaitləri yubadır. Hansı ki, artıq dövlət büdcəsinin cari il üzrə icrasına dair qərar verilib. Maliyyə Nazirliyinin yaratdığı bu problem isə faktiki olaraq rayonlarda aztəminatlı ailələrin ciddi narazılığına səbəb olub. Narazılığın yaradılması ilə bağlı olaraq isə nazirlik hələ də susur. Aldığımız informasiyalara əsasən Maliyyə Nazirliyin yaratdığı bu problem həm də ciddi şəkildə sosial narazılıqların yaranmasına gətirib çıxara bilər. Hər halda bu günə qədər Samir Şərifovun ölkədə əhalinin narazılığına səbəb olacaq addımları atmasına dair informasiyalar yer alır. Maraqlıdır ki, nazirlik bununla bağlı heç bir açıqlama vermir və həmişə olduğu kimi nazirliyin mətbuat xidməti ilə medianın bir təmas qurması mümkünsüzdür.

Şərhlər

XƏBƏR LENTİ