SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əldən düşmüş qocanı yenidən YAP aparat rəhbəri etdilər -AĞDAMDA

Əldən düşmüş qocanı yenidən YAP aparat rəhbəri etdilər -AĞDAMDA

Tarix:

25-11-2017, 11:32

/ 2 226 dəfə oxundu.
Əldən düşmüş qocanı yenidən YAP aparat rəhbəri etdilər -AĞDAMDA

Sentyabrın sonlarında Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfi Qasımov vəzifəsindən azad olundu.
Bununla bağlı qərarı icra hakimiyyətinin başçısı Raqub Məmmədov imzaladı. İcra başçısı 10 il ərzində həm müavin, həm də hakim Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri işləmiş Qasımovdan birdəfəlik qurtulmaq istədi.
Əvvala yaş həddi- Zülfi Qasımov 70-i haqlamışdı və təbii ki, partiya işlərini aparmaq, əhali ilə görüşüb təbliğat işi aparmaq və sair işlər görmək iqtiudarında deyildi. Ən əsası isə 10 müddətində hakim partiyanın əsas təmsilçisi olsa da mütamadi olaraq qalmaqallarda adı hallanmışdı.
O hələ Ağdam Şəhər İcra Nümayəndəliyində işləyəndə çörək maxinasyalarının mahir bilicisi kimi tanınırdı. 2009-cu ildən yuxarıda sadaladığımız postları tutdu.
Az müddət keçmiş rayonda tanınan məşhur bir xanımla evindən çıxarkən şəxsən polis rəisi tərəfindən yaxalanması, bu olaya görə 3000 min verib canını qurtarması böyük söz-söhbətə səbəb oldu.
Bu illər ərzində onu partiyanın mövqeyi yox şəxsi büdcəsi maraqlandırdı. Axı adi rayon məmuru şəffaf işləsə rayonda restoran, böyük tikinti materialları mağazası və diğər obyektlərə sahib ola bilməzdi.
Ancaq bunlar keşçişdə qalmışdı. Rayonda Zülfi Qasımov erası bitirdi.Onun yerinə Allahverən Əliyev təyin olundu.
Ancaq bugünlərdə Raqub Məmmədova kimlər tərəfindənsə edilən təzyiq, yaxud xahiş-minnət vəziyyəti dəyişdi.
Verilən xəbərə görə Zülfi Qasımov Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatında aparat rəhbəri təyin edildi. Faktiki yaş həddinə görə çıxarıldığı struktura qaytarıldı.
Səbəb nədir, Ağdamda YAP strukturunda aparat rəhbəri olmağa layiqli, enerjili, şəffaf dosye ilə adam yoxdur, kadr qıtlığıdır? 71 yaşlı qaranlıq keçmişli məmura nə ehtiyac var?
Bütün bu sualları ağdamlılar özü-özlərinə verir, cavab tapa bilmir.

Realmedia.az

Şərhlər

XƏBƏR LENTİ