SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdabda şəhid oğlu haqqını tələb edir... -Müraciət

Zərdabda şəhid oğlu haqqını tələb edir... -Müraciət

Tarix:

6-11-2017, 10:08

/ 62 473 dəfə oxundu.
Zərdabda şəhid oğlu haqqını tələb edir... -Müraciət

Zərdab rayonu Məlikumudlu kənd sakini şəhid övladı Zərbəliyev Cahid Zabit oğlu tərəfindən xalqxeber.az-a şikayət ünvanlanıb. Narazı vətəndaş yazır:

"Mənim atam Zərbəliyev Zabit Kamil oğlu polis serjantı işləyib.1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Atam şəhid olanda mənim 2 yaşım var idi.İndi isə traktor sürüb ailəmi əlimin zəhməti ilə dolandırıam. Ancaq halal zəhmət haqqımı ala biımədiyim üçün mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət etməyi qərara aldım.Belə ki, Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun tapşırığı ilə fermer Abdullayev Bəhram Şahlar oğluna məxsus 10 hektar torpaq sahəsini şumlayıb bir neçə dəfə malalamışam.Buna görə danışdığımız kimi 600 manat zəhmət haqqımı vermək istəmirlər.Bu ilin aprel ayı tarixindən məni sabah-sabah deyə-deyə aldadıb süründürməçiliyə məruz qoyub pulumu vermək istəmirlər.Mən bu barədə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudovanın qəbulunda olub şikayət etsəmdə heç bir tədbir görmədilər. Ailəmiz külfətdən ibarətdir gözümüzü tikdiyimiz tək həmin traktordan gələn gəlirdi ki, bunuda Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovla, keçmiş polis əməkdaşı fermer Bəhram Abdullyev vermək istəmirlər.Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm şəhid ailəsini aldadıb zəhmət haqqısını mənimsəyib verməyən Zərdab rayon Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun və fermer Bəhram Abdullyevin barəsində tədbirlər görəsiniz.Onların maddi imkanları çox geniş olsada şəhid ailəsinin pulunu mənimsəməyi üstün tuturlar. Şəhid ailəsinin işlədib aldadıb zəhmət haqqısını mənimsəyən şəxsdən dövlət qulluqçusu olmaz.Xahiş edirəm bizə köməklik edin".

xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Zərdabda şəhid oğlu haqqını tələb edir... -Müraciət
Zərdabda şəhid oğlu haqqını tələb edir... -Müraciət
Zərdabda şəhid oğlu haqqını tələb edir... -Müraciət
Zərdabda şəhid oğlu haqqını tələb edir... -Müraciət

Şərhlər

XƏBƏR LENTİ