SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gədəbəy sakinləri araşdırma tələb edir - İDDİA

Gədəbəy sakinləri araşdırma tələb edir - İDDİA

Tarix:

28-10-2017, 11:13

/ 93 798 dəfə oxundu.
Gədəbəy sakinləri araşdırma tələb edir - İDDİA

Gədəbəy rayonundan olan bir qrup sakin İstiqlal.az-a müracət ünvanlayıb.
Müraciətdə deyilir : "Ötən ilin aprel döyüşləri gedən ərəfədə rayonun icra başçısı R.Yediyarov 700 nəfərə yaxın şəxsdən veteranlıq statusu verilməsi üçün, adambaşına 500-1000 manatdan olmaqla pul yığdırmışdı. Həmin şəxslərin siyahısı təsdiq olunmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə-Arzu Rəhimovun İdarəsinə göndərilmişdi .Lakin məlumat ictimailəşdiyindən həmin siyahı təsdiqlənməyərək geri qaytarılmışdır. Amma bu yaxınlarda həmin siyahı yenidən Rəhimovun idarəsinə göndərilmiş və təsdiq olunmuşdur. Artıq həmin şəxslərə veteran pulları ödənməyə başlamışdır. Təsəvvür ediirsinizmi, atəşkəsdən 24 il sonra, veteranlıq statusu almaq iddiası ilə bu 24 ildə heç bir dövlət orqanına müraciət etməyən, bəlkə də güllə səsi eşitməmiş adamlara pul müqabilində status satılıb.
Bu şəxslərin bir çoxu dövlət idarələrinin işçiləridir. Məlumdur ki, veteran statuslu şəxs həm də gəlir vergisindən azaddır. İcra başçısı RamizYediyarovun və A.Rəhimovun bu əməli dövlət büdcəsini birbaşa ildə 350- 400 min manat əlavə xərcə salmaqla , həm də yüz min manatlarla vəsaitin vergidən yayınmasına səbəb olur.Vəzifədə olduğu 6 il ərzində dövlət büdcəsinə bir qəpik pul qazandlrmağı bacarmayan,işi gücü sahibkarlardan,tikinti tikdirənlərdən rüşvət yığmaq olan bu adamın yuxarıda göstərilən əməli cinayət deyilmi ? Hələ bu əməlin dövlətə vurduğu ziyan bir tərəfə dursun, müharibə gedən ölkədə veteranlıq statusunun pulla satılmasına əxlaqsızlıqdan, vətən xainliyindən başqa nə ad vermək olar?
Biz, cənab Prezidentdən xahiş edirik ki, bu cinayətin araşdırılması və tədbirlər görülməsi üçün hüquq mühafizə orqanlarına göstəriş versin".

Şərhlər

XƏBƏR LENTİ