XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Seçkiqabağı Zaur Bəylərov Bərdəni ayağa qaldırır: Dolub-daşan şikayətlər, rüşvət doysesi və...

Seçkiqabağı Zaur Bəylərov Bərdəni ayağa qaldırır: Dolub-daşan şikayətlər, rüşvət doysesi və...

Seçkiqabağı Zaur Bəylərov Bərdəni ayağa qaldırır: Dolub-daşan şikayətlər, rüşvət doysesi və...
27-10-2017, 09:38

Azərbaycanın strateji əhəmiyyətli regionu olan Bərdədə məmurların rüsvayçılıqları davam edir
Ən çox da şikayət hər həftə Bərdə Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovdan gəlməkdədir.
Onun qanunsuz, özbaşına, müştəbeh və açıq-aşkar dəhşət doğuran, əhalini qıcıqlandıran hərəkətləri artıq xirtdəyə çatıb.
Z.Bəylərovun elədiyi pisliklər və dövlətin idarəetməsinə vurduğu zərbələr Milli Şuranın keçirdiyi mitinqlərin effektindən daha təsirlidir.
Çünki Bəylərov yerli camaatı dövlətin üstünə qaldırmaq üçün əlindən gələni əsirgəmir. Sakinlər isə israrla sual edirlər və haray çəkirlər ki, bu regionun idarəetmə şöbəsinə təyin olunacaq müasir, savadlı və vicdanlı kadr yoxdurmu?!
Onlar Bəylərovun əlindən Bərdədən baş götürüb qaçmağa belə hazırdırlar. Təbii ki, bu narazılıq artıq boğaza qədər gəlib çatıb və ciddi araşdırmalar tələb edir.
Seçki ərəfəsində eyni məmurdan ayrı-ayrı şəxslərin şikayət eləməsi və rayonda gərginlik yaratması heç də xoşagələn hal deyil.
Belə ki, növbəti qanunsuzluq faktı Bərdənin kəndlərindən birində qeydə alınıb. Kənd sakini çox kasıb adamdır. O, özünə daxma tikdirir.
Zaur Bəylərovun isdə kəndə Maarif adlı nümayəndəsini göndərdiyi bildirilir. Deyilənə görə, kəndə şöbə müdirinin adamı özünə daxma tikdirən binəva, yoxsul kəndlidən 1000 manat əsassız olaraq pul tələb edib.
İddialara görə, kənd sakini imkanı olmadığını və niyə pul verməli olduğunu söyləyib. Maarif isə əmrin yuxarıdan – Z.Bəylərovdan gəldiyini bildirib.
Uzun çək-çevirdən sonra məsələyə jurnalist Xəyyam Salmanzadə müdaxilə etməli olub.
O, icra hakimiyyəti rəhbərliyinə yaxın şəxslə əlaqə saxlamağa çalışıb və qanunsuzluq edildiyini söyləyib. Həmçinin, Z.Bəylərova da zəng etsə də, çoxsaylı zənglərinə cavab verməyib.
Əksinə, indiyə qədər həmin kənd sakinindən 1000 manat tələb edir və verməyəciy halda daxmasını tikməyə qoymayacağını xatırladıb.
Z.Bəylərovun bu özbaşınalıqları Bərdədə təpədən-dırnağa qədər hiddət doğurub. Rayonda seçkiqabağı gərginlik yaradan məmurun fəaliyyətinin təftişinə ciddi zərurət var.
Z.Bəylərovdan şikayətlər dolub-daşır. Onun qanunsuz işləri təkcə daxma tikmək istəyən kəndlidən rüşvət tələb olunması ilə məhdudlaşmır. Habelə, rayondakı uşaq bağçaları onun əlindən dad eləyir.
İş o yerə gəlib çıxıb ki, bağça müdirləri təklif edirlər dövlətdən gələn ərzaq tədarükü elə birbaşa marketlərə çatdırılsın və pulunu Z.Bəylərov götürsün.
Onsuz da uşaqlara ayrılan ərzaq məhsullarına göz dikmiş şöbə müdirinin əlindən nəfəs almaq olmur.
Üstəlik, Z.Bəylərov həmin məmurdur ki, qardaşı da Tərtərdə qalmaqallarla gündəmdədir.
Bir müddət əvvəl Tərtər ATS-in xanım əməkdaşlarından biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək qovşaq rəisi Vidadi Bəylərovun əməllərindən yazıb.
RİH-də başçı müavini vəzifəsindən kənarlaşdırılandan sonra ATS rəisi təyin olunan V.Bəylərovun qanunsuz fəaliyyəti haqda nazirliyə gedən məktub təftişə səbəb olub.
Nazirlikdən Tərtərə gedən komissiyanın yoxlaması qovşağın xanım əməkdaşının yazdıqlarını təsbit edib. Nəticədə V.Bəylərovun 40 min manatlıq dövlət vəsaitini mənimsəməsi faş olub.
Bu həmin məmurdur ki, Tərtər RİH-də işlədiyi dövrdə oğlu avtoxuliqanlıq edərək bir ailənin yeganə oğlunu öldürmüşdü. Ardınca prezident məmurlara sərt xəbərdarlıq eləmişdi, məmur balalarının qudurğanlığından danışmışdı.
Ölkə başçısının çıxışından sonra V.Bəylərov RİH-dəki işini itirdi və vəzifədən qovuldu. Ancaq havadarları hesabına məmur ATS-də özünə yer tapdı.
Onun qardaşı Zaur Bəylərov da Bərdə RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov insanları yaşamağa qoymur.
Yerli icra nümayəndələri və bələdiyyələr Z.Bəylərovun əlindən təngə gəliblər. Z.Bəylərov hər dəfə pul yığımından yuxarıların adından sui-istifadə edir. Məmurlar isə qorxusundan səsini çıxara bilmir.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.