Zərdab rəhbərliyindən şəhidlərin ruhuna sayğısızlıq... - FOTOLAR
Redaksiyamıza yazan Zərdab rayon sakini Coşqun Abdullayev olduqca vacib bir məqama toxunur. xalqxeber.az vətəndaşın mövqeyini olduğu kimi təqdim edir:
"Bura Zərdabın Şəhidlər Xiyabanıdır. Qapısının üstündə adının yazıldığı lövhə olmadığına baxmayın siz. Bu xiyabanda canını Vətən üçün, bizim üçün fəda edən şəhidlərimiz uyuyur. Xiyabanın təmizliyinə söz yoxdur, çox tez-tez alaq otlarından, tikanlardan təmizlənir. Amma ən birincisi odur ki, bu qəbristanlığın nə qapısında, nə də heç bir yerində “Şəhidlər xiyabanı” yazısına rast gəlinmir. Məgər bir lövhə yazıb buradan asdırmaq çox çətindir ki? Onlar bizim üçün canlarından keçiblər, biz onlar üçün nə etmişik? Xiyabanın qarşısında bənd salınıb, amma bu bəndin üzərində araldan bərk gəlib kecəsən. Halbuki, buranın bəndini ləğv etmək çətin məsələ deyil. Xiyabanın ərazisinə döşənən üzlük bərbad vəziyətdədir. Bunu da,nəzərə almaq lazımdır. Bu çatışmazlıqları dövlət hesabına vəsait ayırıb həll etmək mütləqdir. Unutmayaq ki, bu xiyaban şəhidlərin məzarlığıdır, əlimizdən başqa şey gəlməsə də burda abadlıq işləri aparmaq bizim üçün çətin deyil. Səlahiyyətli şəxslərdən xahiş edirik, həm də şəhid ailələrinin adından xahiş edirik bu işlərə diqqət göstərsinlər, şəhidlərimizin məzarlığına ehtiramla, diqqətlə və hörmətlə yanaşsınlar".
xalqxeber.az olaraq əlaqədar qurumları da dinləməyə hazırıq...




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...