XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Cəlilabad rayon Göytəpə qəsəbə sakini “Azərişıq”dan kömək istədi - VİDEO

Cəlilabad rayon Göytəpə qəsəbə sakini “Azərişıq”dan kömək istədi - VİDEO

Cəlilabad rayon Göytəpə qəsəbə sakini “Azərişıq”dan kömək istədi - VİDEO
26-10-2017, 09:46

Cəlilabad rayon Göytəpə qəsəbəsi sakini Hüseynova Gülsüm Ağaşirin qızı redaksiyamıza müraciət edərək hasarının qırağında olan elektrik dirəyinin aşmaq üzrə olduğunu və hadisəylə bağlı müvafiq qurumların biganəliyindən gileylənib.

Məsələylə bağlı əməkdaşımız Göytəpə qəsəbəsinə gedərək şikayətçinin evində olub. Məlum olub ki, 1951-ci il təvəllüdlü Hüseynova Gülsüm Ağaşirin qızının evinə yaxın olan elektrik dirəyi həqiqətən də aşmaq üzrədir. Hələ ötən il “Azərişıq ASC”-nin Cəlilabad nümayəndəliyinə şikayət etsə də problemi həll edən olmayıb.

Əməkdaşımız hadisə yerində çəkiliş apardıqdan sonra şikayətçi ilə birlikdə “Azərişıq” ASC-nin Cəlilabad rayonundakı nümayəndəliyində olub. Problemə həssas yanaşan idarə rəhbərliyi problemin bir aydan da az müddətə həll ediləcəyinə söz verib. İdarə rəhbərliyi bildirib ki, hal-hazırda Göytəpə qəsəbəsində istismar müddətini başa vurmuş 120-dən çox işıq dirəyi var. Hal-hazırda qəsəbədə işıq dirəklərinin dəyişdirilməsi istiqamətində işlər gedir və tez bir zamanda Gülsüm Hüseynovanın da problemi həll ediləcək.

Əməkdaşımızın hadisə yerindən çəkdiyi foto və videoları təqdim edirik. İnanırıq ki, qəsəbə sakininin problemi deyildiyi kimi 1 ay müddətində deyil, daha tez, yəni hər hansı bədbəxt hadisə baş verməmiş həll ediləcək...

Moderator.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.