XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Tərtər əhalisinə qənim kəsilən DYP rəisi Müşfiq Əliyev - Nazirin etimadını doğrultmur...?

Tərtər əhalisinə qənim kəsilən DYP rəisi Müşfiq Əliyev - Nazirin etimadını doğrultmur...?

Tərtər əhalisinə qənim kəsilən DYP rəisi Müşfiq Əliyev - Nazirin etimadını doğrultmur...?
25-10-2017, 15:13

Tərtər DYP rəisinin işyarıtmazlığı və onun qohum bağlarından yüksək dərəcədə yararlanması Tərtər rayon əhalisinə baha başa gəlməkdədir.
Bakıda icrata verilməmiş əmrləri icra etdirən DYP rəisi Müşfiq Əliyev qaynatasının və yeznəsinin DİN-i tərəfindən cəzalandırıldığını unudaraq onların iş prinsipləri ilə fəaliyyət göstərdiyi açıq aşkar görünməkdədir. Belə ki tərətr sakinlərinin qəniminə çevrilən ispektorlar avtomobil saxlamasına qanunsuz irad tutaraq vətəndaşları 40 manatdan 60 manata qədər cərimə etmələri dözülməz hədə çatmışdır. Ramiz Zeynalovun məsələyə müdaxilə edə bilməməsi və yerli qurumların bu qədər özbaşınalığı hardan necə qaynaqlanması isə müəmma doğurmamaqdadır.
Saxta diplomla hərbidən yayınması halının olduğu iddiası medianın gündəmindən çıxmamış DYP rəisi yenidən gündəmi zəbt etməyə müvəffəq olub. Belə ki, bir müddət əvvəl qaynarxeber.info bu barədə məlumat yaymışdı. Bütün saytlarda istinadla həmin yazını dərc etmişdir.
Xatırladaq ki, 20 fevral 2017-ci il tarixində DİN Ramil usubovun əmri ilə polis kapitanı Müşfiq Əliyev Tərtər Rayon Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib. M.Əliyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin qəzalar üzrə baş inspektoru vəzifəsində çalışıb. O, 2015-ci ildə mətbuatın gündəmini zəbt edən avtomobil qəzasını araşdıran inspektor olub.
Bu şəxsin ani şəkildə parlayan ulduzu göründüyü kimi nəqliyat hadisələrini araşdıran inspektorluqdan deyil hansısa qohumluq bağlarının səmərəli istifadəsi nəticəsində vəzifə almağı nail olduğundan xəbər verir. Tərtər ərazisində bütün qanunsuzluqları edən Tərtər DYP rəisindən əmr aldığını və vətəndaşın bacardığı yerə qədər şikayət edə biləcəyini vurğulaması da umummillikdə DYP rəisinin heç kəsdən qorxusunun olmaması, özündən vəzifəcə yüksək şəxslərə qarşı göstərdiyi hörmətsizlikdən irəli gəlməkdədir. Rəis təyin edildiyi gündən rayonunaltını üstünə gətirərək imkanlarını genişləndirən M.Əliyev ən çox imkanları isə atası Eldəniz Əliyevin adı altında yerləşdirmişdir. İddiaya görə xaricdə mülk sahibi olan M.Əliyev həm Tərtərdə həmdə bakıda bahalı mülklərin sahibi kimidə tanınmaqdadır. Həftənin 6 günün rayonda hər bazar günü isə Paytaxtda günün keçirən M.Əliyev hasan yollarla qazandığı pulların Bakıda kapital halına salmaq üçün səfər etməkdədir.

Redaksiyadan: yazıda adı keçən şəxs və ya qurumun münasibətini dinləməyə hazırıq.

AzBaku.info
Tərtər əhalisinə qənim kəsilən DYP rəisi Müşfiq Əliyev - Nazirin etimadını doğrultmur...?
Tərtər əhalisinə qənim kəsilən DYP rəisi Müşfiq Əliyev - Nazirin etimadını doğrultmur...?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.