Jurnalist Tərtərdə "Qaçqınkom"un tədbirində polis zorakılığına məruz qaldı
Cebhe.info-nun bölgə müxbiri Elgün Gəncimsoy Tərtər polis rəisinin birinci müavini tərəfindən hücuma məruz qalıb.
Bu haqda jurnalist sayta açıqlamasında bildirib:
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bir neçə icra başçısı ilə Tərtərə gələrək qaçqınlar üçün şəhərciyə baş çəkib. Daha sonra Şıxlar kəndinin Mağara adlanan əraziyə gediblər. Hansı ki, bu kənddə əvvəllər ermənilərin abidəsi olub. Sovet dövründə tikilən bu abidə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə aid idi. Dağlıq Qarabağ məsələsi ortaya çıxdıqdan sonra ermənilər o abidəni məhv etmişdilər. Həmin abidənin qalıqlarının olduğu yerə stendlər qoyuldu. Yəni bildirilirdi ki, ermənilər Qarabağa köçürülüblər, əvvəldən burda yaşayan xalq olmayıblar. Tərtər polis rəisinin birinci müavini, polis, polkovnik-leytenantı Əfqan adlı şəxs mənə dedi ki, uzaqlaş burdan. Dedim jurnalistəm. Dedi ki, nə jurnalist, səni bura kim buraxıb. Qolumdan tutub, sürütdədi. Tədbirdən kənarda oldum. Daha sonra zəng edib dedim ki, səndən şikayət edəcəm. Dedi ki, ona yuxarıdan tapşırıq veriblər, get hara istəyirsən şikayət elə, mən təhlükəsizliyi qoruyurdum. Dedim ki, məgər üstümdə bomba var? Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladım. Soruşdum ki, orda kiməsə göstəriş veriblərmi ki, məni uzaqlaşdırsınlar".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək